Tofiq Köçərli - 110 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Artıq Sovet hakimiyyəti Ermənistanın da qapısını döyürdü. Türkiyənin
Moskvada elçisi Əli Fuad Paşanın yazdığına görə, o zamanlar Lenin özü Türkiyə
nümayəndələri ilə söhbətdə demişdi ki, «həm Ermənistanın, həm də Gürcüstanın
çox yaxın bir zamanda istədiyimiz bir şəklə girəcəyinə şübhə yoxdur». Əli Fuad
Paşa Leninin bu fikri barədə yazıb:
«Qızıl inqilab liderinin bəyanatının ən şayani diqqət nöqtəsi Ermənistan və
hətta Gürcüstanın Sovet Rusiyasına iltihaq (qatmaq, birləşdirmək – T.K.)
edəcəklərini açıqlamış olmasıdır».
Çiçerin yaxşı bilirdi ki, Azərbaycandan sonra növbə Ermənistanla
Gürcüstanındır. Axı, müstəqilliyini elan etmiş ölkələri yenidən zorla Rusiyaya
ilhaq etmək planının əsas müəlliflərindən biri Çiçerin özü idi. Belə olduğu halda
bəs nə üçün Çiçerin Ermənistanla müqavilə bağlamağı sürətləndirirdi?
Đyulun 7-də RK(b)P MK Siyasi Bürosu Çiçerinin təklifi ilə «Qafqaz cəbhəsi
hərbi inqilabi şurasına təlimat» qəbul etdi. Nərimanova, habelə RSFSR-in
Gürcüstanda, Ermənistanda və Türkiyədə diplomatik nümayəndələri olan Kirova,
Leqrana və Eliavaya göndərilən həmin sənəddə deyilirdi:
«Hərbi vəziyyətimiz rus hissələrinin Qarabağı, Zəngəzur qəzasını, Naxçıvanı,
Culfanı, Şərur və Dərələyəz qəzasını tutmasına imkan vermədiyi üçün Rusiyanın
hərbi hakimiyyət orqanları Ermənistanla Azərbaycan arasında o mübahisəli yerləri
tutmaqla kifayətlənməlidir ki, o yerlər, yəni Şuşa və Cəbrayıl artıq tutulmuşdur.
Həmin yerlərdə heç bir Azərbaycan və Ermənistan hakimiyyəti olmamalıdır» (artıq
Cəbrayıl da «mübahisəli ərazi» elan edilibmiş! – T.K.)
Bunun ardınca Çiçerin teleqrafla Orconikidzeyə yazdı: «Bizə dəfələrlə deyilir
ki, Qarabağ və Zəngəzuru Azərbaycana vermək əvəzinə bizim (Rusiyanın – T.K.)
müvəqqəti işğal hakimiyyətimiz altında saxlamaq Bakıda sovet hakimiyyətini
sarsıdacaqdır. Aydın və konkret deyin, nə olub. Əgər söhbət müsəlman
millətçilərinin qəsbkarlıq cəhdlərinə kömək etməkdən gedirsə, bu, pis siyasətdir.
Bu yolla biz yalnız millətçi instinktin inkişafına yardım edərik, müsavatçılara tay
olarıq və onlara kömək edərik. Və əgər söhbət sovet hakimiyyətinin əhatə dairəsini