Tofiq Köçərli - 112 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Çiçerinə aşağıdakı məzmunda teleqram göndərmişdi: «Məsələni Azərbaycanı
qismən təmin edə biləcək belə bir qaydada həll etməyi zəruri sayırıq: Qarabağ
tamamilə və danışıqsız Azərbaycana birləşdirilir. Zəngəzur mübahisəli elan olunur.
Qalan vilayətlər (Naxçıvan – T.K.) Ermənistana qalır».
Lenin «Azərbaycanın bütün daxili və xarici siyasətinə rəhbərliyi»
Orconikidzeyə rəsmi həvalə etmişdi. O isə rəhbərliyi belə həyata keçirirdi!
Azərbaycan rəhbərliyindən xəbərsiz nəyin Azərbaycanı «qismən təmin edəcəyinə»
təminat verir, nəyi kimə verib-verməməyi, nəyin mübahisəli elan olunmasını
Azərbaycan rəhbərləri ilə birlikdə deyil, RSFSR-in Ermənistandakı diplomatik
nümayəndəsi Leqran ilə həll edirdi. Bu da diqqəti cəlb edir ki, dünən, sırağa gün
«Zəngəzur dərhal Azərbaycana birləşdirilməlidir» deyən Orconikidze bu gün
Zəngəzuru «mübahisəli ərazi elan edir»! Bilinmir, Orconikidze kimi təmsil edir –
RSFSR-ini, yaxud daşnak Ermənistanını?
Đyulun 15-də Azərbaycan K (b) P MK bürosu Orconikidze və Leqranın iştirakı
ilə «Ermənistanla sülh haqqında məsələ» müzakirə edir. Đclasın stenoqrafik yazısı
yoxdur. Ona görə də iclas iştirakçılarının konkret mövqeləri, orada gedən fikir
mübadiləsi və mübarizə haqqında qəti fikir söyləmək imkan xaricindədir. Yalnız
büroda qəbul olunan qərarı izah etməklə kifayətlənməli oluruq.
Qərara alındı ki, «Qarabağ və Zəngəzur Azərbaycana birləşdirilməlidir».
Deməli, Orconikidzenin Zəngəzuru mübahisəli ərazi elan etmək təklifi keçməyib.
Lakin Naxçıvan barəsində, çox ehtimal, Orconikidzenin təklifi və təzyiqi ilə
antiazərbaycan qərar qəbul edildi: «Naxçıvandan və başqalarından imtina etmək,
onların rus ordusu tərəfindən işğal olunmasını təklif etmək».
Görünür, Nərimanovun 7 iyul tarixli «təlimata» barışmaz münasibəti və digər
addımları Moskvanın mövqeyinə müəyyən təsir etmişdi. Moskva Rusiya
qoşunlarının «Şuşa və Cəbrayılın tutulması ilə kifayətlənib başqa yerləri
tutmamaq» haqqında öz göstərişindən faktiki olaraq imtina etdi.