Tofiq Köçərli - 109 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər məhz müsəlman xanlıqları kimi Rusiya hakimiyyətini qəbul etmələri faktlarından
xəbərdar olmalıydı.
Deyilən yerlərin «həmişə Ermənistana mənsub olması» haqqında fikir
Çiçerinə kənardan, ola bilsin, müavini Qaraxan tərəfindən təqlid edilibmiş.
Məktub yazılan zaman həmin yerlərin kimin əlində olması haqqında bolşevik
Çiçerin kimə etibar etmişdi? «Naxçıvan bir neçə aydır üsyançıların –
müsəlmanların əlindədir», Qarabağ və Zəngəzur «özlərini Azərbaycan sovet
respublikasının tərkib hissəsi sayırlar» deyən RK(b) P MK Qafqaz Bürosunun
rəhbəri bolşevik Orconikidzeyəmi, «Qarabağ və Zəngəzur mübahisəsiz
Azərbaycan ərazisidir», «tamamilə müsəlmanlara məskunlaşmış Culfa və
Naxçıvan bir ildən artıqdır ki, yerli əhalinin gücü ilə daşnak hökumətindən
qorunurlar» deyən bolşeviklərəmi ( Nərimanov, Mdivani, Mikoyan və
Nuricanyan), yaxud daşnaklaramı?
Çiçerin RSFSR Xarici Đşlər komissarı kimi bilməmiş olmazdı ki, məsələn,
Naxçıvanda Araz Türk Cümhuriyyəti mövcud olmuş və bu cümhuriyyət özünün 4
yanvar 1919-cu il tarixli bəyanatı ilə Naxçıvanı Azərbaycan Cümhuriyyətinin
tərkib hissəsi elan etmişdir. O, bilməmiş olmazdı ki, müttəfiq dövlətlərin
Zaqafqaziyada Ali Komissarı 1919-cu ilin oktyabrında Naxçıvanla Şərur-
Dərələyəzi «müttəfiq zona» elan etmişdi.
Yəqin, deyilən məsələdə də Çiçerin Qaraxanın dezinformasiyasının qurbanı
olubmuş.
Çiçerin Leninə bildirirdi ki, Ermənistan nümayəndə heyəti «heç bir vəchlə
Qarabağ mahalından savayı Ermənistan hakimiyyəti altında olan digər yerlərin
Rusiya işğalına könüllü verilməsinə razı deyil». Çiçerin təklif edirdi ki, artıq
tutulmuş Şuşa və Cəbrayıl rayonları ilə kifayətlənilsin və «Ermənistanın hər hansı
yeni hissələrinin, hətta onlar mübahisəli sayılırsa da, tutulmasından imtina
edilsin».
Bu, Çiçerinin fikrincə, Ermənistanla müqaviləni bağlamağı «asanlaşdırardı».
Çiçerin həmin müqaviləni «mümkün qədər tez bağlamağı» vacib sayırdı.