Tofiq Köçərli - 105 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Obyektiv etirafdır!
O biri fikir Azərbaycanın baş naziri N.Yusifbəyovundur. O, 1919-cu il
dekabrın 22-də parlamentdə bəyan etmişdi:
«Cəsur naxçıvanlılar, şərurlular və vedibasarlılar özləri bu məsələni
(Azərbaycan Cümhuriyyəti ilə birləşmək məsələsini – T.K.) həll etdilər. Onlar
həyatlarını, ailələrinin şərəfini və əmlaklarını risk edərək, doğma torpağa – Vətənə
birləşmək üçün özləri ayağa qalxdılar, azad oldular».
Ermənistan
dəfələrlə
Naxçıvanda
qanlı
cinayətlər
törətdi.
Lakin
naxçıvanlıların dəyanəti və əzmi, Azərbaycan Respublikası hökumətinin
diplomatik səyləri nəticə etibarilə Ermənistanın Naxçıvana yiyələnmək niyyətlərini
puça çıxartdı.
Naxçıvanın «neytral zona» elan edilməsilə Naxçıvan barəsində niyyəti baş
tutmayan Ermənistan əsas diqqətini Dağlıq Qarabağa yönəltdi.
Yuxarıda qeyd olunduğu kimi, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti
mərkəz Şuşa şəhəri olmaqla Qarabağ general-qubernatorluğu yaratmışdı. Həmin
ilin avqustunda Qarabağ ermənilərinin qurultayı qərara almışdı ki, Qarabağın
dağlıq hissəsi özünü Azərbaycan Respublikası hüdudlarında hesab edir. Qərar,
məsələ Paris sülh konfransında həll olunanadək qüvvədə qalmalı idi.
Bu, Zaqafqaziyada milli azlıq problemini həll etmək sahəsində ilk təcrübə idi.
O vaxtlar Şuşada olmuş ingilis jurnalisti Skotland-Liddel yazmışdı: «Qarabağa
sülh gəlmişdir. Ermənilər Azərbaycan hakimiyyətinə tabe olmağa razılaşıblar.
Ermənilər mənə deyirlər ki, Şuşada və Qarabağda indiyədək heç bir zaman belə
əmin-amanlıq və qayda olmamışdır».
Hətta ABŞ ermənisi prof. Hovanissyan etiraf edir ki, Qarabağ ermənilərinin
əksəriyyəti ərazinin iqtisadi cəhətdən Şərqi Zaqafqaziyadan asılı olduğunu və
Qarabağın xarabazarlığa çevrilməsinin qarşısını almağın yeganə yolunu
Azərbaycanla bağlılığında görürdü.
Qarabağda yaranmış sülh, əmin-amanlıq Ermənistanın hərbi təcavüzü
nəticəsində pozuldu. Ermənistan 1920-ci ilin martında Dağlıq Qarabağda