Tofiq Köçərli - 102 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Qarabağ məsələsində və digər məsələlərdə Haskelin dəstəyindən məhrum ola
bilərdi.
Azərbaycan konkret siyasi şəraitə cavab verən xətt seçdi. Oktyabrın 4-də
Xarici Đşlər Naziri Cəfərov teleqrafla Haskelə bildirdi:
- Azərbaycan öz əvvəlki fikrində qalır;
- Naxçıvan, Şərur-Dərələyəz qəzaları və Vedibasar rayonunun «Azərbaycan
xalqı özü silaha sarılaraq, özünə yad hakimiyyəti devirmiş və artıq sülh və tam
qayda-qanun yaratmışdır»;
- Biz «Azərbaycan Respublikasının ayrılmaz hissələri olan həmin qəzaların
idarə olunması üzrə sizin müəyyənləşdirdiyiniz xəttə maneçilik törətməyəcəyik»;
- «Ümid edirik ki, siz xalqların hüququ haqqında Prezident Vilsonun elan
etdiyi prinsiplərə və Đrəvan quberniyasının həmin qəzalarının Azərbaycan xalqının
artıq həyata keçirilmiş iradəsinə uyğun olaraq, Sülh Konfransında Azərbaycan
xalqının tələblərini dəstəkləyəcəksiniz».
Azərbaycanın bu cavabından sonra «Naxçıvan və Şərur-Dərələyəz qəzalarının
idarə edilməsi məsələsinə dair müttəfiqlərin Zaqafqaziyada Ali Komissarı Haskel
ilə Azərbaycan hökuməti arasında sazişin layihəsi» adlanan yeni sənəd hazırlandı.
Bu sənəddə bir sıra yeni maddələr var idi:
- «General-qubernatorluğun büdcəsi Azərbaycan parlamentində müzakirə
edilir. Çatışmayan məbləği Azərbaycan xəzinəsi verir»;
- «Azərbaycan pulu rəsmi pul hesab edilir»;
- «General-qubernator, seçkilərin təşkilinə qədər əhalinin sakitləşdirilməsi və
hüquqi qayda-qanun yaradılması işində kömək etmək üçün Azərbaycandan iki
müşavir dəvət edir»;
- «Culfa-Bakı yolunu çəkmək üçün bu rayondan xüsusi zolaq ayrılır. Zolaqda
bütün hakimiyyət Azərbaycan hakimiyyətinin əlində qalır».
Oktyabrın ortalarında Haskelin müavini amerikan polkovniki Ceyms Rey
Bakıya gəldi. O, baş nazir N.Yusifbəyovla Naxçıvan və Şərurun neytral zona elan
edilməsi haqqında danışıqları davam etdirdi. Təklif etdi ki, neytral zona yaratmaq