Tofiq Köçərli - 99 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Uimzin kitabının rusca variantının MDB məkanında yayılması bütün
baxımlardan faydalı olardı)
Haskel ilə Yusifbəyov və Xarici Đşlər Naziri Cəfərov Naxçıvanın və Şərur-
Dərələyəz neytral zonasının yaradılmasının əsas müddəalarını hazırlamışdılar.
Yusifbəyov Haskeldən xahiş etmişdi ki, razılığa gəldikləri şərtlər imzalanmaq üçün
yazılı şəkildə Azərbaycan hökümətinə verilsin. Sentyabrın 1-də Haskel 20 bənddən
ibarət həmin şərtləri Tiflisdən N.Yusifbəyova göndərdi.
Şərtlər belə idi:
- Neytral zonanı Haskelin təyin etdiyi amerikan gubernatoru idarə edir;
- Yerli hakimiyyət (erməni əhalisinin çoxluq təşkil etdiyi yerlər istisna
olmaqla) azərbaycanlıların hakimiyyətidir.
- Azərbaycan və Ermənistan hökümətləri dərhal neytral zonadan bütün
qoşunlarını çıxardırlar; Bu şərt bilavasitə Ermənistana aid idi. (Naxçıvanın
bölgəsində Azərbaycanın heç bir qoşun hissəsi yox idi).
- Tikilməkdə olan Bakı-Culfa dəmir yolu yalnız Azərbaycan hökumətinin
nəzarəti altında olmalıdır;
- Ermənistan höküməti neytral zonada və Zəngəzurda erməni əhalisini
sakitləşdirmək üçün öz təsirindən istifadə etməlidir.
Və s.
Haskel şərtləri Bakıya göndərərək Yusifbəyovdan xahiş etdi ki, Azərbaycan
hökuməti şərtləri imzalasın və sənəd onu təqdim edən zabitlə geri qaytarılsın.
Lakin Bakı görüşündə razılaşdırılmış bəzi məsələlər sənəddə əks
etdirilməmişdi. Ona görə Baş nazir sənədi imzalamadı.
Bu, Ali kamissarla Azərbaycan hökuməti arasında münasibətlərin
gərginləşməsinə səbəb oldu.
Sentyabrın 26-da hərbi nazir Mehmandarov və Gürcüstanda Azərbaycanın
diplomatik nümayəndəsinin müavini Vəkilov Tiflisdə Haskel ilə görüşdülər.
Mehmandarov Haskeldən xahiş etdi ki, sursat almaq üçün Azərbaycan hərbi
nümayəndə heyətinin Đtaliyaya getməsinə köməklik göstərsin.