Tofiq Köçərli - 97 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Topçubaşov Sülh konfransından xahiş etdi ki, həmin qəzaların idarə
olunmasının Azərbaycan hökuməti əlində saxlanması barədə Qafqazda müttəfiq
qoşunlar komandanlığına göstəriş versin.
Azərbaycan hökumətinin fəal diplomatik səyləri uğurla nəticələndi.
1919-cu il avqust ayının sonunda müttəfiq dövlətlərin Zaqafqaziyada Ali
Komissarı Amerika polkovniki Haskel Tiflisdən Bakıya gəlib Baş Nazir
N.Yusifbəyovla görüşdü. Haskel bildirdi ki, «Qarabağın, o cümlədən də
Zəngəzurun tamamilə Azərbaycana keçməsini zəruri hesab edir».
106
Eyni zamanda
Haskel təklif etdi ki, Naxçıvan, Şərur və Dərələyəz «neytral zona» elan olunsun.
N. Yusfbəyov bu təklifi parlamentin müzakirəsinə qoymağa razılıq verdi. Həm də
şərt qoydu ki, Ələt-Culfa dəmir yolu bütövlükdə Azərbaycanın idarəsi altında
olmalıdır, «zona Ermənistan Respublikasının hər cür təsirindən kənarda olmalı,
erməni silahlı qüvvələri zonaya buraxılmamalıdır…»
Fikrimcə, konkret tarixi şəraitdə Azərbaycan hökumətinin Naxçıvanın
«mütəffiq zona» elan edilməsinə razılıq verməsi Ermənistanın Naxçıvana hərbi
müdaxiləsinin qarşısını almaq məqsədi güdən düzgün və çevik diplomatik addım
idi.
«Neytral zona» məsələsinin gündəmə gətirilməsi o demək idi ki, Naxçıvanın
idarə olunmasının Ermənistana verilməsi, başqa sözlə, Naxçıvanın Ermənistana
birləşdirilməsi təhlükəsi keçmək üzrədir.
Haskel Bakı səfərindən sonra Naxçıvanda oldu. Artıq naxçıvanlılara məlum
idi ki, «neytral zona» barəsində (o zamankı sənədlərdə bu, «müttəfiq zona», yaxud
«amerikan general-qubernatorluğu» kimi də adlanır) Azərbaycan hökumətinn bəzi
şərtləri qəbul olunmayıb. Naxçıvanlılar amerikan general-qubernatorluğu
yaradılmasına etiraz etdilər. Təklif etdilər ki, yerli qubernatorluq yaradılsın və o,
Ali Komissara tabe olsun.
Səmyuel A. Uimzin «Ermənistan-terrorçu «xristian» ölkənin gizlinləri.
Ermənilərin böyük fırıldaq seriyaları» (I cild) kitabında naxçıvanlıların prinsipial
mövqeyi barədə iki mühüm fakt var: