Tofiq Köçərli - 94 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Bu protestə Britaniya qoşunları komandanlığının münasibəti necə olmuşdu?
Mənə məlum deyil.
Hadisələrin sonrakı cərəyanı deməyə əsas verir ki, erməni xadimləri Britaniya
komandanlığının
qılığına
yaman
giriblərmiş.
Komandanlıq
Naxçıvanın
Ermənistana verilməsi prosesinə yaşıl işıq yandırdı.
Mayın 4-də inglis generalı Devi Naxçıvan şəhərinə gəldi. O, Naxçıvan və
Şərur sakinlərinin nümayəndələri ilə görüşərək elan etdi ki, Naxçıvan və Şərur
qəzaları erməni hökumətinin hakimiyyətinə tabe olmalıdır.
Bu təklif-ultimatum hərtərəfli müzakirədən sonra qəti rədd edildi.
Naxçıvanlılarla şərurluların birgə yığıncağı yekdillikdə qərara aldı:
«… Devinin təklifi qəbul edilməsin. Naxçıvan və Şərur qəzalarının
müısəlmanları özlərini Azərbaycan Respublikasının vətəndaşları, yaşadıqları
ərazini isə Azərbaycan ərazisi hesab edirlər. General Devinin təklifinə tabe olmaq
Naxçıvan və Şərur qəzaları müsəlmanlarının fiziki olmasa da şəksiz mənəvi
məhvilə nəticələnəcəkdir».
105
Ermənistan bandalarının provakasiya və basqınları çoxaldı. Ermənistan
Naxçıvana qarşı provakasiyalarını dayandırmadı. Ermənistan komandanlığı belə
bir əmr verdi: «Şərur islamlarını Araz çayına tökmək üçüncü alay komandanının
vəzifəsidir. Məqsəd Şahtaxtı və Kuvanı basıb oradakı müsəlmanları Araz çayı
arxasına tökməkdir».
105a
Hətta ingilis komandanlığının havadarlığı ilə erməni
qoşun hissələri iyun ayınının sonunda Naxçıvan şəhərinə soxuldular. Ordubadda da
vəziyyət gərginləşdi. Ordubaddan Tiflisə gəlmiş Əhməd Hacı Əli oğlu iyunun 15-
də belə bir məlumat yaydı: iyunun 1-də bandaların başçılarından biri olan Aşot
Məlik Mosesyan Ordubad şəhərinə gələrək bildirdi ki, «Vedibasar, Şərur,
Naxçıvan, Ordubad və Şuşa şəhərinə qədər Zəngəzur qəzası Ermənistana
birləşdirilmişdir», o, Ordubadın qəza rəisidir, onun əmrləri danışıqsız yerinə
yetirilməlidir.
«Rəis»dən dediyini təsdiqləyən sənəd tələb etdilər. Sənəd olmadı.
Ordubadlılar qəti bəyan etdilər: nə qədər ki, qəza rəisi təyin olunmağınız haqqında