Tofiq Köçərli - 92 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər intizam çatışmır, hökumət əsgərləri ərzaqla təmin etmir. «Ona görə qarnı ac
əsgərlər özlərinə kim harada və necə bacarırsa, elə də yemək tapır» (Erməni
mənbələrinə görə, 1918-1919-cu illərdə Ermənistanda aclıqdan, soyuqdan,
xəstəlikdən və epidemiyadan 240 min adam ölmüşdü).
Uoker Ermənistanda yaşayan rusların vəziyyətindən də söz açmışdı: «Mənə
deyirlər ki, Ermənistan rusları Azərbaycanla birləşmək arzularını bildirdiklərinə
görə Ermənistanda ruslarla pis rəftar edirlər». Uoker Ermənistan baş nazirindən
xahiş etmişdi ki, Ermənistanda yaşayan ruslar əleyhinə çıxışlar olsa, onun qarşısını
alsın.
102a
Bəli, Ermənistanda yaşayan ruslar Azərbaycanda rusların, digər milli
azlıqların hüquqlarının tam təmin olunmasından xəbərdar idilər. Və ona görə də
məhz Azərbaycana can atırdılar.
Öz içində yaşayan milli azlıqlara Azərbaycan xalqının mehriban münasibəti,
çətin anlarda onlara mərhəmət göstərməsi xalqımızın mühüm xüsusiyyətlərindən
biridir. Xalqımız belə mərhəmətliliyindən bəzən zərər çəksə də, iliyinə və qanınına
hopmuş insani mərhəmət duyğusunu həmişə uca tutmuşdur.
Maraqlıdır ki, Çar Rusiyasının xarici işlər naziri olmuş Sazonov 1919-cu ildə
Đstanbulda Ə.Topçubaşova demişdi: «Qafqazdan gələn rus məmurları gürcülərin
Tiflisdən qovduqları rus məmurlarına tatarların Yelizavetpolda və digər yerlərdə
yaxşı münasibət bəsləmələrindən fərəhlə» danışırlar.
Hətta Azərbaycan istiqlalının qəddar düşməni olan general Denikin etiraf
etmişdi: «Azərbaycanda hökumətin açıq türkpərəstliyinə baxmayaraq, rus ünsürü
təqib olunmurdu». Hökumət «burada öz qabiliyyətini tətbiq etmək istəyən ruslara
vəzifə tutmaqda maneçilik törətmirdi».
Erməni dil tökməsi öz işini gördü. Britaniya komandanlığı Ermənistan
hökumətinin Naxçıvan barəsində planına dəstək verdi. Böyük Britaniya
komandanlığı Azərbaycan Cümhuriyyəti hökumətini xəbərdar eləmədən və
Naxçıvan əhalisinin rəyini öyrənmədən özbaşına Naxçıvanın Ermənistana
birləşdirilməsinə qərar verdi. Naxçıvan barəsində Ermənistan-Britaniya