Tofiq Köçərli - 91 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 1919-cu il yanvarın 4-də Araz Türk Cümhuriyyəti bəyan etdi ki, Naxçıvan
həmişə özünü Azərbaycanın tərkib hissəsi hesab etmişdir və Ermənistanın hərbi
təcavüzünə qarşı Azərbaycan Cümhuriyyətindən kömək gözləyir.
Araz Türk Cümhuriyyəti Bakıya diplomatik missiya göndərdi. O zaman
«Azerbaydjan» qəzetinin yazdığına görə, missiyanın tərkibində «populyar şair və
dramaturq, Bakı camaatına pedaqoji fəaliyyəti ilə tanış olan Hüseyn Cavid Əfəndi»
də var idi.
100
Qarabağ general-qubernatorluğu yaratmağın uğurlu təcrübəsindən istifadə
edərək Azərbaycan hökuməti fevralın 26-da Naxçıvan general-qubernatorluğu
yaratdı. Bəhram xan Naxçıvanski general-qubernator təyin edildi, Naxçıvana 1
milyon manat vəsait buraxılması qərara alındı.
101
M.Ə. Rəsulzadənin yazdığı kimi, Azərbaycan Cümhuriyyəti hökuməti
Bakıdan çox uzaqda bulunan Naxçıvanın Ermənistan hökumətinə qarşı
mücadiləsnə mənəvi, maddi və siyasi kömək göstərdi, oraya vali göndərdi və
Azərbaycan hakimiyyətini Naxçıvan əyalətlərində təmin etdi.
102
Bu arada Ermənistan hökuməti ingilislərin əli ilə Naxçıvanı ələ keçirməyə
girişdi. Ermənistan hökuməti Tiflisdəki Britaniya qoşunları komandanı Uoker
qarşısında «Naxçıvanın inzibati idarə olunmasının» Ermənistana verilməsi
haqqında məsələ qaldırıldı.
Ermənistan hökuməti Uokerə çox ümid bəsləyirdi: Uoker Zaqafqaziyaya
gələndə onu Batumda qarşılayanlar arasında Ermənistan hökumətinin rəsmi
nümayəndələri də var idi. Qarşılama mərasimində Ermənistan nümayəndəsinin
təbrik nitqi də olmuşdu: «Ermənistan bu təntənəli ğünün sevincinə şərikdir.
Müttəfiqlərin qalib gəlməsi haqqında Ermənistanın duasını allah eşitdi…»
Fevralın əvvəllərində Uoker Đrəvana gəldi və Ermənistan baş naziri Kaçaznuni
ilə danışıqlar apardı.
Uoker Đrəvanda Kaçaznuniyə sərt iradlar da bildirdi. Dedi ki, komandanlığın
Naxçıvan sərhədindəki nümayəndəsi polkovnik Lonton erməni əsgərlərinin
tatarlarla pis rəftarını müşahidə etmişdir. Polkovnikin fikrincə, erməni qoşununda