Tofiq Köçərli - 88 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Kim bilir, Türkiyənin birinci Qafqaz ordu komandanı Kazım Qarabəkir
Paşanın öz ordusu ilə Naxçıvandan keçməklə Təbriz istiqamətində hərəkət edəcəyi
barədə xəbər Andronikə çatmasaydı, onun Naxçıvanda azğınlığı və quldurluğu nə
qədər çəkərdi!
Andronik tələm-tələsik Naxçıvanı tərk edərək Zəngəzur və Qarabağa yollandı.
Kazım Qarabəkir Paşa avqustun 7-də Naxçıvan şəhərinə gəldi. Ordunun
qərargahı Naxçıvanda yerləşdi.
98
Sonra türk ordusu Təbrizə daxil oldu. Oktyabrın 22-də Kazım Qarabəkir Paşa
Təbrizdən çıxmaq əmri aldı. Ordunun qərargahı yenidən Naxçıvan şəhərində
yerləşdirildi.
Oktyabrın 30-da Mudros sazişi bağlandıqdan sonra Kazım Qarabəkir Paşa
Naxçıvanı tərk etdi və Đstanbula qayıtdı.
Türk ordusunun bir müddət Naxçıvan həndəvərində və Naxçıvanda olması
həmin mərhələdə Ermənistanın Naxçıvanı qamarlamasına imkan vermədi,
naxçıvanlıların yeni əzab və itkilərə düçar olmasının qarşısını aldı.
Kazım Qarabəkir Paşanın qənaəti:
«Sürüb gələn bu beş ay içində sərhədin o tərəfindən qaçıb gələnlərdən və
yaxud bir çox zavallıların fəryadlarından anladım ki, erməni millətinin içində
çörəklənmiş çetecilər türkləri kəsib yakmakda yenə davam edirlər və bunların bu
cinayətlərini təsvib ilə insanlığın gözlərinə tərsinə göstərmək üçün hər yanda
fikirlərini yayanları da vardır. Fəqət inancıma görə çeteciləri aralarından
qovmadıqca və siyasi intriqalardan uzaqlaşmadıqca erməni milləti nə özü, nə də
aralarında yaşayanlar rahatlıq və təhlükəsizlik görməyəcəkdir. Bundan ötrü o
millətin tanıdığım suçsuz kimsələrinə qarşı da acımaqdan özümü alamıyorum».
99
Qayıdaq Andronikin öz dəstəsilə Qarabağa basqını məsələsinə.
Andronikin silahlı qüvvələrinin Zəngəzura və Dağlıq Qarabağa yeridilməsilə
əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistana etiraz notası verdi. Đki
gündən sonra Ermənistan hökuməti cavab verdi ki, general Andronik ona tabe
olmaqdan imtina edib. Andronikin və onun dəstəsinin erməni milli qoşunlarına və