Tofiq Köçərli - 83 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Məğlub şahın aldığı hədiyyəyə və müqabilində göstərdiyi səxavətə, necə
deyərlər, izahat artıqdır!
Ancaq şah fürsəti fövtə vermədən Rozendən soruşmuşdu: «Ruslar Abbas
Mirzə haqqında nə fikirdədir?». Đncə diplomatik cavab belə olmuşdu: «Abbas
Mirzə böyük hökmdarın ləyaqətli oğludur»!
91
Đkinci Rus-Đran müharibəsi Đranın rüsvayçı məğlubiyyəti ilə qurtarmışdı.
Ancaq həngamələr hələ davam etməkdə idi.
… Đmperator Türkmənçay müqaviləsini imzalayan Abbas Mirzəyə 18 top və
döş üçün zinətləndirilmiş portretini hədiyyə etmişdi. Paskeviç adyutantı rotmistr
Felkarzamı Tehrana hədiyyəni təqdim etmək üçün göndərdi. Đyunun 4-də
adyutantı və konsul Amburgeri şah təntənəli şəkildə qəbul etdi. Mərasimdə şah
heyrət doğuran bəyanatlar verdi:
- «Müharibə Đranı rus dövlətilə ən sıx dostluqla birləşdirmək baxımından Đran
üçün hətta faydalı oldu»;
- «Mən verəcəyim iyirmi milyon xəzinəmdə saxlanan pullardan nə ilə
fərqlənir? Yalnız onunla ki, onlar imperatora verilmişdir. Lakin nə etmək olar?
Əlahəzrətin pula və sultanla müharibə üçün mənim iki vilayətimə (Đrəvan və
Naxçıvan – T.K.) böyük ehtiyacı var idi. Bütün bunları ona məmnuniyyətlə güzəşt
etdim. Ancaq onlar mənə nə vaxtsa lazım olsa, imperator, əlbəttə, onları mənə
verər».
92
Deyəsən, bu fikirlərin də şərhinə ehtiyac yoxdur!
Đyunun 7-də Tehran qarnizonu yerləşdirilmiş Şah sarayının həyətində Abbas
Mirzə nazirlər və dövlət məmurlarının iştirakı ilə təntənəli şəkildə Rusiya
konsulundan imperatorun məktubunu və portretini qəbul etdi…
93
Türkmənçay müqaviləsi Azərbaycan üçün faciə oldu: Azərbaycan iki yerə
parçalandı. Şimali Azərbaycan Rusiyaya ilhaq edildi. Cənubi Azərbaycan Đran
tərkibində qaldı. Lakin Azərbaycan parçalansa da mənən bir idi. Xudafərin
körpüsü bağlanmışdı. Lakin Azərbaycan – Azərbaycan milli körpüsü yaşayırdı.