Tofiq Köçərli - 80 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Bu arada Rus-Đran müharibəsində Rusiyanın xeyrinə dönüş baş verdi.
Sentyabrın əvvəllərində Şəmkirdə, sentyabrın 13-də isə Gəncədə - Nizami
Gəncəvi məqbərəsinin ətrafında gedən müharibədə Đran ordusu biabırçı
məğlubiyyətə uğradı.
Rusiya qoşunu rəqibi qova-qova Araza çatdı və çox mühüm əhəmiyyətli
Xudafərin körpüsünü tutdu. Bununla artıq Cənubi Azərbaycana yol açılmış oldu.
Eyni zamanda Rusiya qoşunu bütün Azərbaycanı bürümüş üsyanı yatırdı,
yerlərdə devrilmiş Rusiya hakimiyyəti orqanlarını bərpa etdi.
Rusiya ağalığına qarşı üsyan yatırılsa da, bu üsyan göstərdi ki, Azərbaycan
xalqı Rusiya müstəmləkəçiliyini rədd edir, azad yaşamaq istəyir.
Göstərdi ki, Azərbaycan xalqının azadlıq ruhu ölməzdir, azadlıq əzmi
dönməzdir.
1827-ci idə Rus-Đran müharibəsinin əsas cəbhəsi Đrəvan-Naxçıvan cəbhəsi
oldu. Rus qoşunu aprelin 24-də Đrəvan qalasını mühasirəyə aldı. Lakin qala təslim
olmadı. Rus qoşunu Naxçıvan istiqamətində hərəkət edərək, şəhəri döyüşsüz tutdu.
Ordubad hakimi Şıxəli bəy də (Kəlbəli xanın oğlu) Ordubadı döyüşsüz təslim etdi.
Abbasabad qalası uğrunda Cavanbulaq deyilən yerdə gedən döyüşdə Abbas
Mirzənin qoşunu məğlub edildi. Đyulun 7-də Abbasabad təslim oldu. O zaman
Kəlbəli xanın oğlu Ehsan xan Abbasabad qalasının mühafizi idi. O, qalanın təslim
edilməsində ruslara kömək etdi.
87
Ehsan xan və Şıxəli bəy qardaşları Rusiya
tərəfinə keçməklə Şah Qacar tərəfindən vəhşicəsinə kor edilmiş ataları Kəlbəli
xanın intiqamını alırdılar. Eyni zamanda Kəlbəli xanın hələ 1796-cı ildən Rusiya
himayəsini qəbul etmək istəyi, Đran hakimiyyətinin Naxçıvan və Ordubaddan
əhalini zorla Arazın o tayına köçürməsi və digər özbaşınalıqları Kəlbəli xanın
oğullarının siyasi seçiminə güclü təsir etmişdi.
88
Sonra Rusiya ordusu sentyabrın 20-də Sərdarabadı və oktyabrın 1-də Đrəvanı
tutdu. Bunun ardınca Rusiya ordusu Cənubi Azərbaycanın içərilərinə doğru
irəlilədi. Artıq oktyabrın 13-də Rusiya ordusu Təbrizi, 1828-ci il yanvarın 28-də
Urmiyanı, fevralın 8-də Ərdəbili tutmuşdu.