Tofiq Köçərli - 78 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər əleyhimizə olan kor Kəlbəli xanın (onun gözlərini şah Qacar çıxartdırmışdı – T.K.)
qardaşı naxçıvanlı Abbasqulu xan Ağa Məhəmməd xanın dövründə Naxçıvanda
hakim olmuş və sonra kor qardaşı tərəfindən qovulmuşdur. Hazırda o, Sisyan
adlanan kiçik qalada yaşayır və gözləyir ki, mənim göndərəcəyim 500 nəfərlik
ordu və topla, habelə öz adamları ilə Naxçıvanı tutsun».
77
1805-ci ilin avqust ayında Sisianov Naxçıvan ağsaqqallarına, mollalarına və
bəylərinə məktubla müraciət etdi: «… Məsləhətim budur ki, şəxsən sizin xeyrinizə
olaraq yüksək dərəcəli rəis Abbasqulu xanla birləşin, onunla birlikdə mənim
vasitəmlə insanpərvər dövlətin simasında himayədar tapın. Kəlbəli xana gəldikdə
isə, görürsünüz ki, o nə qədər dağıntılar yaradıb, sizin çörəyinizi əlinizdən alır. Sizi
doğma torpaqlarınızdan köçürür».
78
Ancaq Kəlbəli xanın hörməti və nüfuzu o qədər böyük idi ki, Sisianovun
həyasız çağırışı naxçıvanlılara yalnız milçək vızıltısı təsiri göstərə bilərdi.
Naxçıvanı və Đrəvanı ələ keçirmək Sisianova müyəssər olmadı. Cavad xan
qatilini, Gəncə məscidində 500 nəfərin vəhşicəsinə qətlinin təşkilatçısını ölüm
Bakıya çağırdı…
Đran Rusiyaya ultimatum verərək qoşununu Zaqafqaziyadan çıxarmağı tələb
etdi. Rusiya ultimatumu rədd etdi. Birinci Rus-Đran müharibəsi başlandı. Gah
səngiyən, gah da şiddətlənən və on il davam edən bu müharibə Đranın məğlubiyyəti
ilə nəticələndi.
Naxçıvan və Đran xanlıqlarından başqa bütün Şimali Azərbaycan Rusiya
hakimiyyəti altına keçdi. Lakin M.Rəsulzadə yazdığı kimi, Azərbaycan xalqı
«mənən heç bir zaman rus dövlətinə ram olmadı və fürsət düşdükcə milli varlığını
izhar etdi».
79
Hələ 1828-ci ildə Qriboyedov və Zavelevski belə qənaətə gəlmişdilər
ki, «Şirvan, Qarabağ və s. əyalətlərin müsəlmanları qılıncı qınına qoyub başqa
xidmətlərdən yayınır və ruslardan uzaq gəzirlər. Onlar… rus məmurlarının
hakimiyyətini öz coşğun azadlıqlarını sığışdıran yük sayırlar».
80
1826-cı ildə ikinci
Rus-Đran müharibəsinin başlanması Azərbaycan xalqının rus işğalçılarına qarşı
üsyanına təkan verdi. «Türkiyə sərhədlərindən başlyaraq Qarabağın hüdudlarına