Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə74/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   70   71   72   73   74   75   76   77   ...   151
Tofiq Köçərli                                    - 74 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Knyaz  Potyomkin,  təbii,  Naxçıvana  da  dişlərini  qıcamışdı.  1783-cü  ildə 
Đsfahan  hakimi  Əlimurad  xan  öz  nümayəndəsini  knyaz  Potyomkinin  yanına 
göndərərək  xahiş  etmişdi  ki,  Rusiya  onu  Đran  şahı  kimi  tanısın.  Bunun  əvəzində 
xan  I  Pyotrun  Xəzəryanı  vilayətlərə  yürüşü  zaman  tutulan  yerləri  Rusiyaya 
qaytarmağı,  habelə  «Qarabağ,  Đrəvan  və  Naxçıvanı  Rusiyaya  verməyi»    vəd 
edirdi.
69 
  Bu,  Potyomkin  üçün  göydən  düşmə  bir  iş  idi.  Knyaz  bu    təklifə  iki  əlli 
yapışdı:  xan  üçün  hədiyyə  hazırladı  və  polkovnik  Tamarka  əmr  etdi  ki,  Đsfahana 
Əlimurad xanın yanına «tələssin». Lakin necə deyərlər, fələk başqa cür saydı. Xan 
oyundan  çıxdı.  Knyazın  xərci  batdı.  Onun  Azərbaycan  torpaqlarını  asanlıqla  ələ 
keçirmək planı baş  tutmadı.  
Böyük  dövlətlər  tarix  boyu  kiçik  dövlətlərin  qənimi  olublar.  Rusiya  da 
ətrafındakı  kiçik  dövlətlər,  o  cümlədən  Azərbaycan  dövlətlərinə  qənim  kəsilən 
dövlət  idi.  Bu  dövlətin  Azərbaycan  xanlıqlarından  gizli  və  onların  başı  üstündən 
onların taleyini həll etmək planları əsl quldurluq idi, böyük dövləti şərəfsizləşdirən 
özbaşınalıq idi.  
Həmin  mərhələdə  Rusiya  Azərbaycan  xanlıqlar  haqqındakı  planlarını  həyata 
keçirə bilmədi.  
1796-cı  il  gəldi.  II  Yekaterina açıq şəkildə  Azərbaycanı  işğal etməyə  girişdi. 
Həmin  ilin  yayında  Rusiya  ordusu  general  Zubovun  komandanlığı  altında 
Azərbaycana yeridildi. Qısa müddət ərzində Quba, Bakı, Şamaxı tutuldu.  
Qarabağ  və  Naxçıvan  xanlıqlarının  baniləri  Pənahəli  xan  və  Heydərqulu  xan 
mütəffiq  idilər.  Bu  mütəffiqliyi  Đbrahimxəlil  xanla  Kəlbəli  xan  da  davam 
etdirirdilər.  Đbrahimxəlil  xan  və  onun  vəziri  Molla  Pənah  Vaqif  yaxşı  başa 
düşürdülər  ki,  Şah  Qacar  1895-ci  ildə  Şuşadakı  hərbi  uğursuzluğunun  intiqamını 
almaq  üçün  bu  gün-sabah  Şuşaya  hücum  edəcəkdir.  Onlar  bilirdilər  ki,  Zubov  da 
Azərbaycana ekskursiyaya gəlməyib, Azərbaycanı işğal etmək, Butkuvun sözlərilə 
desək,  erməniləri  «müsəlman  zülmündən  azad  etmək»,  xristian  dövləti  yaratmaq 
üçün  gəlib.  Buna  baxmayaraq,  Qarabağ  xanı  oğlunu  Şamaxıya  Zubovun 
düşərgəsinə  göndərərək,  Rusiya  himayəsini  qəbul  etdiyini  bildirdi.  Đbrahimxəlil 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin