Tofiq Köçərli - 71 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər var. Qoşun gecə qalanın yanındakı böyük bağa girməli və «şəhərdə olan 300
erməni ilə razılığa gəlməlidir, ermənilər darvazaları açarlar (satqınlıq edərlər! –
T.K.)şəhər asanlıqla tutular».
Sonra da növbədə Təbriz idi – «şəhərdə və ətrafında əhalisinin hamısı
busurman və bir az xristian olan çox varlı və böyük Təbriz»! Eyni zamanda
Həştərxandan kazaklar Gilana yeridilməli idi. Bütün bu yerlər (Şamaxıdan Təbriz
və Gilana qədər olan ərazi) işğal ediləndə «erməni ölkəsi» 116 minlik qoşun
verəcəkdir.(ruslar həmin əraziləri işğal etsinlər, «erməni ölkəsi» 116 minlik qoşun
versin! – T.K.)
Bu açıq-aşkar avantürist plan çar sarayının diqqətini cəlb etdi. Ori noyabrın
12-də «posolğskiy prikaz» a (xarici dövlətlərlə əlaqələr üzrə mərkəzi hökumət
idarəsi ) dəvət olundu. Ona bildirildi ki, çar onun təklifləri ilə tanış edilmişdir və
«həmin işə tərəfdardır», lakin «çar hazırda isveç müharibəsilə məşğuldur» və iki
yerdə müharibə aparmaq çətindir.
Oriyə «hədiyyələrinə görə iki qat artıq maaş» təyin olundu! Sonra, 31 mart
1702-ci ildə çar «ermənilərin Đran zülmündən azad olunmasında iştirak etməyə
razılıq verdi».
58
Ori yeni layihələr irəli sürdü: 1703-cü ilin axırlarında çara yazdı
ki, Đrəvan tutulandan sonra Konstantinopol ovcun içindədir… Həm də xahiş etdi ki,
ona polkovnik rütbəsi verilsin. Çar dərkənar qoydu: «Onun arzusuna müvafiq
olaraq polkovnik yazmaq».
59
I Pyotr Orinin sərəncamına 40 minlik rus qoşunu verməyi tapşırdı. Đ.
Arqutinskinin (Arqutyan) yazdığına görə, Ori «təvazökarlıq göstərib padşaha
minnətədarlıq bildirərək, həmin yüksək lütfdən imtina etdi».
60
Yox, məsələ əsla, «təvazökarlıqda» deyildi. Təvazökarlıq fırıldaqçıya yad idi.
Onun məqsədi Rusiyanı bilavasitə Đranla geniş miqyaslı müharibəyə, Azərbaycana
qoşun yeritməyə təhrik etmək idi.
Müxtəlif səbəblərə görə Şamaxı-Naxçıvan, Naxçıvan-Təbriz, Naxçıvan-
Đrəvan-Đstanbul hərbi yürüşü o zaman baş tutmadı. I Pyotr «Şamaxı ekspediyası»na
1722-ci ildə başladı.