Tofiq Köçərli - 79 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər qədər bütün məkanı qiyam alovu bürüdü», «1826 –cı ilin sentyabrı üçün
Zaqafqaziyanın geniş şərq ərazisi bütünlüklə üsyan alovu içərisində idi».
81
Komandan Yermolovun etirafına görə, Rusiyaya «ən birinci Qarabağ sakinləri
(oxu: azərbaycanlıları – T.K.) xain çıxdılar»
82
(oxu: Rusiya əhdini pozaraq
Qarabağ xanlığını ləğv etdiyinə, müstəmləkəçilik zülmü tətbiq etdiyinə, Kürəkçay
müqaviləsini imzalayan Qarabağ xanının və onun ailə üzvlərinin xaincəsinə
qətlinə görə qarabağlılar üsyana qalxdılar).
«Üsyankar qarabağ süvariləri» Gorusdan Şuşaya gələn rus batalyonunu yolda,
Gorusun 12 verstliyində darmadağın etdilər. «Az qala min süngülü bütöv bir
batalyonun məhv edilməsi Qafqaz diyarı üçün eşidilməmiş bir iş idi».
83
«Đran qoşunları Qarabağa daxil olan kimi Gəncənin bütün əhalisi ruslara
xəyanət etdi» (oxu: dərhal ruslara qarşı üsyan etdi). Döyüşlərdə 30 rus əsgəri
öldürüldü. Rusların Gəncədən Tiflisə qaçaqaçı başladı. Đran qoşunu Gəncəyə daxil
olanda, artıq burada bir nəfər də rus əsgəri qalmamışdı. Đran qoşunu ilə Gəncəyə
gələn Uğurlu xan xanlığı bərpa etdi. Gəncənin qədim qüllələrindən Rusiya
bayraqları endirildi.
84
Şəki əyaləti Rusiyadan ayrıldı. Şəki xanının oğlu Hüseyn xan hakimiyyətə
gəldi. Orada yerləşən iki rus rotası atəş açmadan geri çəkildi.
Keçmiş Şamaxı xanı Mustafa xan Ağsunu tutdu. Dərbənddən Şamaxıya qoşun
yeridilməsi burada Rusiya hakimiyyətinin devrilməsinin qarşısını aldı.
Qubada Şixəli xanın oğlu hakimiyyəti ələ keçirdi:
Lənkəranda «ümumi üsyan» başlandı. «dörd min milisi» olan Mirhəsən xan
(keçmiş xan)Lənkəranda yerləşmiş kiçik rus qarnizonunu darmadağın etdi. Bundan
lərzəyə düşən 700 nəfərlik dəniz batalyonu və 100 kazak gəmilərlə Sara adasına
qaçdılar. Ruslar (37 əsgər və 200 nəfər balıq vətəgələrində işləyənlər) Salyandan
da qaçdılar.
85
Bakının keçmiş xanı Hüseynqulu xan «sakinlərdən 2 mindən artq adam
toplayaraq » qalanı mühasirəyə aldı.
86