Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə75/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   71   72   73   74   75   76   77   78   ...   151
Tofiq Köçərli                                    - 75 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
xanın məsləhətilə Kəlbəli  xan və bir sıra başqa Azərbaycan xanları da Rusiyanın 
himayəsinə  keçməyi  xahiş  etdilər.  Qarabağ  xanı  Zubovdan  xahiş  etdi  ki,  Şuşanın 
müdafiəsinə kömək etsin və buraya 12 minlik qoşun göndərsin. O, Zubova yazırdı 
ki,  «bu  qoşunla  mən  Naxçıvan  yolu  ilə  gedib  Rusiyanın  düşmənlərini 
cəzalandıraram».  Buradakı  ermənilər  «məkrli  və  dələduzdular,  ona  görə    onların 
sözlərinə    inanmayın  və  əgər  onlar  hansısa  məsələ  qaldırsalar,  xahiş  edirəm  mən 
bilim».  
Oktyabrda Zubov Rusiya qoşun hissələrini Rimski-Korsakovun komandanlığı 
altında Gəncəyə göndərdi. Öz nümayəndəsini Şamaxıya Zubovun yanına göndərib, 
Gəncə  xanlığını  Rusiya  himayəsinə  qəbul  etməyi  xahiş  edən  Cavad  xan  şəhərin 
açarını  Rimski-Korsakova  təqdim  etdi.  Cavad  xan  həmin  an  xəyalına  gətirə 
bilməzdi ki, generalın cibində tam  məxfi bir direktiv var: «Gürcüstanın Đrəvan və 
Gəncə vilayətləri ilə gücləndirilməsi (həmin vilayətlərin Gürcüstana birləşdirilməsi 
–  T.K.),  o  ölkədə  yaşayan  xristianların  üstünlüyünün  təmin  edilməsi  çar  Đrakliyə  
tam məxfi və yalnız şifahi şəkildə açıqlansın». 
Bu  tapşırığı  yerinə  yetirmək  general  Rimski-Korsakova  qismət  olmadı. 
Noyabrda  II  Yekaterina  vəfat  etdi.  Onun  yerinə  keçən  oğlu  I  Pavel  qoşunu 
Azərbaycandan  geri  çağırdı.  Rusiyanın  Şimali  Azərbaycanda  möhkəmlənmək, 
Təbrizə  və    Ərdəbilə  hərbi  yürüş  təşkil  etmək  planı  baş  tutmadı.  Eyni  zamanda  
həmin  mərhələdə  Gəncə  və  Đrəvan  xanlıqları  Gürcüstana  birləşdirilmək 
təhlükəsindən ötüşdülər.  
Lakin  hadisələrin  sonrakı  inkişafı  göstərdi  ki,  II  Yekaterinanın  Gəncəni 
Gürcüstana  qatmaq  planı  yaşamaqdadır.  XIX  əsrin  əvvəllərində  Rusiya 
Azərbaycanı  yenidən  işğal  etməyə  başlayanda  Zaqafqaziyada  Rusiya  qoşununun 
komandanı Sisianov Tiflisdən Cavad xana yazdı ki, guya «çariçə Tamara dövründə 
Gəncə,  mahalı  ilə  birlikdə  Gürcüstana  məxsusu  olmuşdur    və  gürcü  çarlarının 
zəifliyi  üzündən  Gürcüstandan  qoparılmışdır».  Ona  görə  Gürcüstanın  havadarı 
Rusiya razı ola bilməz ki, «Gürcüstanın tərkib hissəsi» olan Gəncə «yadların əlində 
qalsın».
70 
 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin