Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə77/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   73   74   75   76   77   78   79   80   ...   151
Tofiq Köçərli                                    - 77 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
ölümünü  müsəlmanlığın  öz  doğma  ölkəsində  keçmiş  gücü  və  müstəqilliyi 
haqqında  şanlı  bir  əfsanə  kimi  yadda  saxlayırdılar».
73 
Zaman  elə  zaman  idi  ki, 
Sisianovun necə deyərlər yazısına pozu yox idi. O, Gəncənin fəthindən sonra onun 
Gürcüstana  birləşdirilməsi  haqqında  imperator  fərmanı  verdirə  bilərdi.  Lakin 
görünür,  Cavad  xanın  və  gəncəlilərin  misilsiz  hünəri,  şəxsi planda  isə  Sisianovun 
Cavad  xanın  arvadı  «çərgəzi  geyim  geyinmiş,  kəmərinə  xəncər  bağlamş,  əlində 
ərinin qılıncını tutmuş», Bəyim xanımın qılıncına az qala tuş gəlməsi generalı elə 
vahiməyə  salmışdı  ki,  o,  Gəncəni  Gürcüstana  qatmaq  planına  bir  daha 
qayıtmamışdı.  (Gəncənin  fəthində  Sisianovun  sağ  əli  olan  general  Karyaginin 
şəhadəti:  «Əgər  Pavel  Dmitriyeviçin  (Sisianovun–  T.K.)  yanında  adyutant 
olmasaydı,  o  qəhrəman  tatar  xanının  (Cavad  xanın  –  T.K.)  qəhrəman  arvadının 
(Bəyim xanımın – T.K.) qılıncından çətin ki, salamat qurtaraydı. Əsgər işə qarışdı  
və endirilmiş qılınc ona dəydi… Bu əhvalatdan sonra Sisianov həyətə çıxdı, onun 
rəngi qaçmışdı».
74 
 
Görünür,  elə    Bəyim  xanımın  qılıncının  doğurduğu  xofun,  bu  əhvalat 
ərəfəsində  isə  general  Portnyaqinin  Gəncə  qalasına  girmək  cəhdlərinin  boşa 
çıxmasının  təsiri  altında  (Portnyaqin  gəncəlilərin  «elə  böyük  müqavimətinə  rast 
gəldi ki, rus qoşunları iki dəfə hücum etsələr də hər iki  dəfə  də böyük itgi ilə geri 
oturduldu»)  Sisianov  Peterburqa  məlumat  göndərdi  ki,  «çətinliklərdən,  qanlı 
döyüşün müdhiş mənzərəsindən hələ də özümə gəlməmişəm») 
75 
 
Karyaginin  başqa  bir  etirafı:  Cavad  xanın  arvadı  Bəyim  xanımın  «qılıncı 
mənə tanış idi. Onun zəhmli əri bu qılıncla mənə zərbə endirirdi, Cavad xan elə bil 
qılıncla attraksionda rəqs edirdi. Mən hər dəqiqə hiss edirdim ki, onun «oyununa» 
tab gətirə bilməyəcəm. Ona görə də əsgərlərdən birini çağırdım ki, məni əvəz etsin, 
özüm isə «oyundan» çıxdım…»
76 
 
Sisianov gözünü Đrəvanla Naxçıvana da tikmişdi. Naxçıvanı tutmaq işində o, 
Naxçıvan taxtından kənarlaşdırılmış Abbasqulu xanın qulluğundan istifadə etməyə 
çalışırdı.  Kəlbəli  xanın  əmisi  oğlu  olan  Abbasqulu  xan  hakimiyyətə  qayıtmaq 
naminə  hər  cür  bəd  əmələ  hazır  idi.  Sisianovun  bir  sənədində  deyilirdi:  «Bizim 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin