Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə76/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   72   73   74   75   76   77   78   79   ...   151
Tofiq Köçərli                                    - 76 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Cavad  xan  Sisianovun  iddiasını  və  tabe  olmaq  tələbini  qətiyyətlə  rədd  etdi. 
Sisianovun  özünün  etirafına  görə,  o,  «Cavad  xan  Gəncəlinin  eşidilməmiş 
inadkarlığı ilə » qarşılaşdı.
71 
 Gəncəlilər Gəncənin müdafiəsinə qalxdılar.  
Doğrudur,  güclü  rus  ordusu  bu  savaşda  qalib  gəldi.  Cavad  xan  və  oğlu 
qəhrəmancasına həlak oldular. Gəncə qana boyandı. 
Buna  baxmayaraq  Cavad  xanın,  gəncəlilərin  qəhrəmanlığı  xalqımzın  yadelli 
qəsbkarlara qarşı mübarizə tarixinin şanlı səhifəsidir.  
 Şəhər  tutulduqdan  və  artıq  döyüş  səngidikdən  sonra  düşmən  qoşunu  tarixdə 
çox  az-az    rast  gəlinən  qanlı  cinayət  törətdi:  məsciddə  yığışmış  500  nəfəri  qətlə 
yetirdi. Đbadət evində törədilən bu dəhşətli cinayət haqqında akademik N.Dubrovin 
(1837-1904)  yazıb:  «Bir  erməni  bizim  əsgərlərə  deyir  ki,  məscidə  yığışanların 
içərisində  bir  neçə  dağıstanlı  ləzgi  var.  Təkcə  ləzgi  adı  məsciddə  olanların 
hamısının  ölümünə  səbəb  oldu».  Digər  rus  tarixçisi  general  V.Potto  (1836-1911) 
isə yazıb: «məscidə toplaşan beş yüz nəfər tatara təslim olmaq təklif edildi. Lakin  
biləndə  ki,  müdafiəçilər  içərisində  ləzgilər  də  var,  bu  bütün  müdafiəçilərin 
ölümünə siqnal oldu».
72 
 
Dubrovinlə  Pottonin  yazdıqlarından  belə  çıxır  ki,  məsciddə  bir  neçə  ləzgi 
olması  barədə  erməni  danoşbazlığı  olmasaydı,  faciə  baş  verməzdi.  Sisianov 
«humanist  »  hərəkət  edərdi.  Mən  inanmıram  ki,  Sisianov  ləzgilər  barədə  erməni 
donosuna və təkcə ləzgilərə nifrətə görə belə görünməmiş qəddarlığa əl  atmışdır. 
(ləzgilərin  o  zaman  Gəncədə,  o  cümlədən  məsciddə  olub-olmamaları  haqqında 
Dubrovinlə Pottonin  dediklərindən başqa heç bir digər məlumat yoxdur). Sisianov 
Cavad xanın, gəncəlilərin qəhrəmanlığından daha çox yanıqlı idi.  
Gəncə  xanlığı  Sisianovun  son  hədəfi  deyildi.  O,  məsciddəki  qırğınla  həm  də  
ətraf xanlıqların əhalisində vahimə yaradırdı.  
Potto  yazıb:  «Ruslar  cəsur  tatar  xalqını  (gəncəliləri  –  T.K.)  fəth  etmələri  ilə 
fəxr  edirlər  və  Sisianovun  özü  bu  fakta  böyük  əəhəmiyyət  verirdi.  Lakin  Gəncə 
çarlığının tatarları rusların əksinə olaraq öz xalqının tarixini, onun mübarizəsini və 
basılmasını  unutmurdular.  Onlar  Cavad  xanın  qəhrəmancasına  müdafiəsini  və 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin