Tofiq Köçərli - 72 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Avqust ayında rus qoşunu Dərbəndi tutdu. Lakin tezlikə çar Dərbəndi tərk
edib geri qayıtmalı oldu. Bununla belə Azərbaycanı işğal etmək planı qüvvədə
qaldı. I Pyotrun sərəncamı ilə Rusiya hərbi donanması general Matyuşkinin
komandanlığı altında Həştərxandan hərəkət edərək 1723-cü il iyulun 7-də Bakıya
yan aldı. Düşmən sahilə 4 batalyon çıxararaq Bakını təslim etməyi tələb etdi. Lakin
Bakı sultanı Məhəmmədhüseyn bəy ultimatumu rədd etdi. Qalaya 94 bomba
salındı. Qalada böyük yanğın başlandı. Lakin bakılılar təslim olmadılar. Düşmən 4
gün gecə-gündüz ağır silahlardan atəşlə qala divarında deşik aça bildi. «Lakin
mühasirəyə alınanlar təslim olmğa əsla meyl göstərmirdilər, süvarilər sahildəki
batareyaya həmlələr edirdilər».
61
Şəhəri iyulun 25-də hücumla tutmaq qət edilir.
Həmin gecə elə bir külək qalxır ki, hücum əməliyyatına başlamaq mümkün olmur.
Bu fürsətdən istifadə edən qala mühafizəçiləri hasardakı «deşikləri yumurlar».
Đyulun 26-da Matyuşkin şəhəri danışıqsız təslim etmək haqqında ultimatum verir.
Bakı qarnizonunun rəisi Dərgahqulubəy şəhəri təslim edir…
Matyuşkinin Salyana göndərdiyi dəstənin zabitlərini orada qətlə yetirirlər.
Bunu Salyan naibi Hüseyn bəyin xanımı təşkil etmişdi. «Belə aqibət bütün
batalyon üçün hazırlanıbmış». Bundan xəbər tutan draqunlar Bakıya qayıdırlar.
Pottonun yazdığına görə, Rusiyaya «bu cür düşmən münasibət bütün Xəzər
sahillərində müşahidə olunurdu».
62
Rusiyanın Bakıda hökmranlığı gödək ömürlü oldu. Rusiya ilə Đran arasında
1732-ci ildə Rəştdə (Rusiya Rəşti də zəbt etmişdi ) və 1735-ci ildə Gəncədə
bağlanan müqavilələr əsasında Bakı və digər Xəzəryanı əyalətlər Đrana qaytarıldı.
Rusiya bu yerləri tərk etdi.
1747-ci ildə Nadir şahın öldürülməsi ilə Đran dövləti süqut etdi. Azərbaycan
ərazisində müstəqil, ya yarım müstəqil xanlıqlar, o cümlədən Çuxursəd
bəylərbəyliyi ərazisində Đrəvan və Naxçıvan xanlıqları yarandı.
Naxçıvan xanlığının ilk xanı kəngərli tayfasının başçısı Heydərqulu xan
olmuşdur. 1816-cı il mayın 12-də Naxçıvan xanı Kəlbəli xan Naxçıvan şəhərində