Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə69/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   65   66   67   68   69   70   71   72   ...   151
Tofiq Köçərli                                    - 69 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
ləvazimatı  (qızıl  suyuna  çəkilmiş  yüyən,  quşqun,  üzəngi,  habelə  qızıl  suyuna 
çəkilmiş  dəstəyinə  türk  gümüşündən  qurşaq  və  altı  zümrüd  qaş  vurulmuş  türk 
qılıncı,  ağ  sümükdən  düzəldilmiş    türk  kamanı  və  s.)  peşkəş  vermişdilər.  Bir 
müddət  keçəcək,  bu  peşkəşlərinin  qəbul  olunmasından  qanadlanan  erməni 
emissarları  Pyotra 31 adda yeni peşkəş təqdim edəcəklər (bilərziklər, 5 xalça, 26 
at, Şamaxı ipək parçası və i.a.) 
Görünür, çar sarayında Minasgilə heç deyən olmayıb ki, bu  qədər də çox  və 
qiymətli peşkəş olarmı?! 
Olsaydı,  Qanzasar  katolikosu  cəsarət  edib  13  avqust  1716-cı  ildə  şəxsən  I 
Pyotra qırmızıcasına yazmazdı ki, «Əlahəzrət çar üçün hədiyyələr götürmüşdüm», 
lakin  Həştərxandan  Qarabağa  geri  qayıtmalı  olduğumdan  hədiyyələri  sizə  çatdıra 
bilmədim.
54 
  (ermənilərin  peşkəş  diplomatiyası  II  Yekaterina  dövründə  daha  da 
fəallaşmışdı.  Veliçkonu  eşidək:  «II  Yekaterina  ermənilərə  lütfkarlıqda  ifrat  həddə 
çatmışdı,  bu,  ola  bilsin  ki,  onun  sarayında  hökm  sürən  əxlaqsızlıq  və  fövqəladə 
cah-cəlalla  bağlı  idi.  Təəccüblü  deyil  ki,  erməni  tacirlərindən  «peşkəş»  kimi  çox 
qiymətli mallar alan saray əyanları var idi».
55 
Đndi erməni peşkəş diplomatiyasının 
coğrafiyası da daha da genişlənib) 
Erməni  emissarlarının  peşkəş  diplomatiyası  öz  işini  görmüşdü.  Ermənilər  I 
Pyotrun  qəlbini  ələ  almağa  müyəssər  olmuşdular.  Çar  sarayı  ermənilərin  qara 
qaşlarına  aşiq  olmamışdı.  Çar  sarayı  öz  siyasi  maraqları  üçün  ermənilərdən 
bəhrələnməyə  çalışırdı.  XIX  əsr  müəllifi  Qrivə  görə,  «Böyük  Pyotr…  erməni 
kolonistlərindən  müsəlmanlıqla  mübarizədə  etibarlı  dayaq  nöqtəsi  kimi    istifadə 
etmək istəyirdi»
56 
 (kursiv Qrivindir-T.K.). 
Müsəlmanlıqla  mübarizədə  çar  sarayı  ilə  ermənilərin  maraqları  üst-üstə 
düşürdü.  Ona  görə  çar  sarayı  Đ.Orinin  1701-ci  il  iyulun  25-də  təqdim  etdiyi 
müsəlmanlıqla birgə mübarizəyə dair planı maraqla qarşıladı. Plan belə cızılmışdı:  
- Erməni torpağının birinci açarı və qapısı olan Şamaxıya çar 25 min nəfərlik 
qoşun (15 min suvari və 10 min piyada ) göndərir. 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin