Tofiq Köçərli - 68 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər əcəmilər adlandırıblar- T.K.) ərzaq satıcıları içərisində yunanlar və ermənilər
yoxdur.
Şardenlə Çələbinin təsvir etdikləri coğrafi məkan elə məkan idi ki, orada
Ermənistan adlanan ölkə yox idi, Azərbaycan ölkəsinin Đrəvanla Naxçıvandan
ibarət bəylərbəyliyi var idi. Đrəvan şəhəri bəylərbəyliyin mərkəzi idi. Şardenin
yazdığına görə, Đrəvan qalası «səkkiz yüz evdən ibarət» idi və qalada «ancaq
təmiz qanlı səfəvilər», yəni azərbaycanlılar yaşayırdı.
Bu, o zamanlar idi ki, ermənilər hələ nə Đrəvana, nə Naxçıvana, nə də
ümumiyyətlə Azərbaycanın hansısa bölgəsinə iddia irəli sürmürdülər. Onlar
hamıdan əvvəl və tez xristian Rusiyasının güclənməsini düyaraq, Rusiya ilə əlaqə
yaratmaq və Rusiyadan öz iqtisadi və siyasi maraqları üçün istifadə etməyə
girişdilər. 1660-cı ildə erməni taciri Zaxar Saradov Đrandan Moskvaya gəldi. Bu,
erməni-rus münasibətlərinin başlanğıcı hesab olunur. Saradov «Rusiya çarına
almaz, yaqut, mirvari, şərq firuzəsi və türk minası ilə bəzədilmiş bahalı taxt peşkəş
» gətirmişdi. Rusiya hökumətində qəbul edilən erməni taciri demişdi ki, «Đran şahı
bizi əzizləyir, biz rüsumsuz alver edirik. Lakin şah busurmandır, biz isə xristianıq.
Ona görə biz böyük hökmdara xidmət göstərməyə məmnun olarıq », «biz öz
gəlirimiz üçün deyil, böyük xristian hökmdarı üçün işləmək istəyirik»
52
(gör-a!-
T.K.)
Peşkəş və dil tökmək Yeni Culfa tacirinə Moskvada yaşıl işıq yandırdı.
I Pyotr Avropa səfərində (1694) elan etdi: onun məqsədi «allah xaçı
düşmənlərini, Türkiyə sultanını, Krım xanını və bütün busurman güruhunu
zəiflətməkdir».
53
Buna müvafiq olaraq senat fərman verdi: «Erməniləri mümkün
qədər əzizləməli, onların daha çox gəlməsini həvəsləndirməli və asanlaşdırmalı».
Erməni emissarları Rusiyaya axışdılar. Veliçkonun «fırıldaqçı və avantürist»
adlandırdığı Đzrael Ori və Qarabağın Aşağı Xaçın monastrının baş keşişi Vardapet
Minas 1701-ci ildə Peterburqa gəldilər. Saradov kimi onlar da çar sarayına əli dolu
gəlmişdilər. «Çara və Vəliəhdinə» «üstü məxmər örtüklü qızıl suyuna çəkilmiş,
gümüş düzülmüş, qızıl sapla tikilmiş türk yəhəri» və at üçün lazım olan digər türk