Tofiq Köçərli - 65 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Coğrafi mövqeyinə, tranzit yol üstündə yerləşməsinə görə Naxçıvan Şərq
üçün Qərbin, Qərb üçün isə Şərqin bir növ qapısı idi. Bu səbəbdən Naxçıvan əsrlər
boyu müxtəlif dövlətlər arasında döyüş meydanı olmuşdu. Çingiz xanın nəvəsi
Hülaku xanın, Qızıl Orda xanı Toxtamışın qoşunlarının, şəxsən Əmir Teymurun,
daha kimilərin ayağı bu diyara dəyməmişdi!
Hülakular dövründə Naxçıvan Azərbaycan vilayətinin (Cənubi Azərbaycan) 9
tümənindən (inzibati ərazi vahidi) biri olub. Naxçıvan, Ordubad, Azad, Əncan və
Makuyə şəhərləri, Qafan ərazisi Naxçıvan tüməninə daxil idi.
49
Həmin dövr (XIII-XIV əsrlər) bir çox görkəmli naxçıvanlıların yetişməsilə
əlamətdardır. Onların ən dahisi, dünya şöhrətli Nəsirəddin Tusidir (1201-1274).
Naxçıvanın elm və mədəniyyət mərkəzi kimi şöhrətlənməsində Səncər Đbn Abdulla
ən-Naxçıvani nəsli mühüm rol oynamışdır. O nəslin nümayəndələrindən yalnız
birinin-Məhəmməd Đbn Hinduşah Naxçıvaninin (1285-86-cı illərdə anadan
olmuşdur) bir məsələ haqqında bu gün çox aktual səslənən fikrinə diqqət yetirək:
V.Piriyev müəyyənləşdirmişdir ki, Naxçıvanı «Sihah əl-fors» lüğətində üç yerdə
«Azərbaycan dili» islahını işlətmişdir.
50
XV əsrdə Naxçıvan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrdən
Səfəvilər dövlətinin tərkibində olmuşdur. Osmanlı-Səfəvi müharibələri zamanı
Naxçıvan bir neçə dəfə Osmanlı dövlətinin hakimiyyəti altına keçmişdi.
Səfəvilər dövründə Naxçıvan, dövlətin vilayətlərindən biri olan Çuxursəd
bəylərbəylinin bir hissəsi idi. Bəylərbəyliyin mərkəzi Đrəvan şəhəri idi. Đrəvan
qalabəyi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan Xan imzası ilə 1519-cu ilin
oktyabrında Đrəvandan Şah Đsmayıl Xətaiyə göndərilən məktubdan məlum olur ki,
o zaman Đrəvan vilayəti Qərbi Azərbaycan adlanırmış.
51
Hələ bundan xeyli
əvvəllərdə də dövlətin necə adlanmasından asılı olmayaraq Çuxursəd vilayətinin
daxil olduğu ölkənin «Azərbaycan ölkəsi» olması sənədlərdə vurğulanmışdır.
1950-60-cı illərdə Matenadaran bir neçə cilddə «Persidskie dokumentı
Matenadarana» çap edib. Bu cildlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi
hökmdarlarının ermənilər və indi Ermənistan adlanan ərazi ilə bağlı fərmanları