Tofiq Köçərli - 61 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər sayıq olun, sabah sizi də «qara siyahıya» sala bilərlər, sabah sizin də çinarlı
torpaqlar «əzəli erməni torpaqları» sayıla bilər!
Ermənilərin mifoloji təsəvvürlərlə yaşaması, özünəvurğunluğu hələ çoxdan
yerə-göyə sığmır. 1703-cü il mayın 27-də erməni nümayəndələri Rusiya
imperatoru I Pyotra tam ciddiliklə yazmışdılar: «Dünyanın yaranması bizim
ölkədən başlanmışdır. Nuhun gəmisi Ararat dağında dayananda Nuh o gəmidən
çıxmış və dünyayi-aləm o gəmidən yaranmışdır. Çarlıqların çoxu bizim ölkənin
tərkibindən ayrılmışdır. (gör-a! – T.K.). Bizim dövlətimiz bütün dövlətlərdən
qədimdir (gör-a! – T.K.), bütün dövlətlərin açarı bizim əlimizdədir».
36
Biz bilmirik bu məktub I Pyotru heyrətə gətirib, ya yox. Bəlli olan odur ki,
belə məktublar ermənilərin çar sarayına ayaq açmalarında rol az oynamamışdır.
Maraqlıdır, görəsən nə əcəb erməni diplomatları 27 may 1703-cü il tarixli
məktubu BMT-yə göndərərək tələb etmirlər ki, ermənilərin bəşəriyyətin taleyində
oynadıqları «tarixi rolu» BMT öz emblemasında əks etdirib əbədiləşdirsin və həm
də xan çinarı olan bütün əraziləri müqəddəs və əzəli erməni ərazisi elan etsin?!
Ümumiyyətlə desək, erməni müəllifləri tarixlərini qədimləşdirmək üzrə
rekordsmen sayıla bilərlər. Məsələn, Z.Balayana görə, Yerevan şəhəri 4 minillik
yaşı olan Vavilon şəhərinin, yaxud bünövrəsi e. ə. VIII əsrdə qoyulmuş Roma
şəhərinin həmyaşıdıdır.
Halbuki görkəmli mütəxəssis V.V.Bartoldun yazdığı kimi, «Đrəvan Teymur
dövründə bir kənd kimi salınmış, yalnız Şah Đsmayıl dövründə şəhər olmuş və o
zaman da indiki adını almışdır».
37
Ermənilərin məskunlaşdığı ərazi e. ə. 520-ci ilin axırlarında Đran Əhəmənilər
dövləti tərəfindən işğal edilir. E.ə. IV əsrin axırlarında Makedoniyalı Đsgəndər
Əhəminilər dövlətini məğlub etdikdən sonra gah müstəqil, gah asılı erməni
çarlıqları yaranır.
Amerikan müəllifləri Makkartilərin fikrincə, müstəqil erməni çarlığı e. ə. I
əsrdə yaranmışdır. Onlar yazmışlar: «Ermənilərin erkən tarixi haqqında kifayət
qədər dəqiq məlumat yoxdur… Şərqi Kiçik Asiyada olan müstəqil erməni çarlığı