Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə57/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   53   54   55   56   57   58   59   60   ...   151
Tofiq Köçərli                                    - 57 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nəhayət, ABŞ prezidenti Corc  Buş mayın 10-da Tbilisidə çıxış edərkən ərazi 
bütövlüyü  probleminə  münasibət  bildirdi  və  Gürcüstanda  etnik  münaqişələrin 
ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunması zəruriliyini vurğuladı: 
«Biz  muxtariyyətləri  müdafiə  edirik,  biz  özünüidarəni  müdafiə  edirik.  Lakin 
biz ölkənin parçalanmasını müdafiə edə bilmərik». 
Đnanmaq istərdim ki, prezident Buşun bəyan etdiyi bu prinsipi ABŞ höküməti 
təkcə Gürcüstana deyil, aqressiv separatizm baş qaldırdığı bütün digər ölkələrə də 
şamil edəcəkdir. 
Ümid  etmək  olar  ki,  bütün  beynəlxalq  təşkilatlar,  dünya  dövlətləri  və  birinci 
növbədə  böyük  dövlətlər  millətlərin    öz  müqəddaratını  təyin  etməsi  məsələsində 
gec-tez vaxtilə BMT-nin keçmiş Baş Katibi Butros Qalinin, son vaxtlarda Yevgeni 
Primakovun, Devid Atkinsonun və Corc Buşun  gəldikləri qənaətə gələcəklər.  
Erməni xalqına gəldikdə isə, o, 1918-ci ildə öz milli dövlətini yaratmışdır.  
Həmin dövrdə Azərbaycan Cümhuriyyəti öz vətəndaşları olan Dağlıq Qarabağ 
ermənilərinin  milli  hüquqlarını  yetərincə  təmin  etdi.  Azərbaycan  Cümhuriyyəti 
Parlamentinin birinci iclasında (17.12.1918) Baş Nazir Fətəli Xan Xoyski hökumət 
bəyannaməsində elan etdi ki, «bir məmləkətdə yaşayan millətlər özlərini o dövlətin 
övladı  kimi  görməlidirlər».  Hakimiyyət  partiyası  olan  müsavatın  parlament 
fraksiyası  sədri  Məmməd  Əmin  Rəsulzadə  həmin  iclasda  bəyan  etdi:  «Millət 
məhkumluq  acısını  dadmış  olan  Azərbaycan  türkü  məhkum  millət  yaratmaz. 
Azərbaycan  Cümhuriyyəti  övladlarını  ögey-doğmaya  ayırmaz…  Azlıqda  qalan 
millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər, milli-mədəni muxtariyyətə malik 
olmalıdırlar». 
Azərbaycan  parlamenti    təşkil  edilərkən  milli  azlıqların  parlamentdə  təmsil 
olunmasına  xüsusi  diqqət  yetirilmişdi.  Qanunla  120  deputat  yerindən  21  yer 
ermənilərə  (o  cümlədən  Qarabağ  ermənilərinə  8yer),  ruslara  10,  gürcülərə  1, 
yəhudilərə 1, almanlara 1 və polyaklara 1 yer ayrılmışdı.  
O  zamanlar  bəlkə  də  dünyada  milli  azlıqların  belə  geniş  təmsil  olunduğu 
ikinci parlament olmamışdır.  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin