Tofiq Köçərli - 56 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Əks halda, «hamının hamı ilə müharibəsi» qaçılmazdır.
Görünür, belə real təhlükələri nəzərə alaraq BMT-nin Baş Məclisi Đkinci
dünya müharibəsinin qurtarmasının 50 illiyinin bayram edilməsi haqqında
bəyannamədə bir daha elan etmişdi: «a) hər hansı bir dövlətin ərazi bütövlüyünə…
qarşı zor işlətməkdən, ya zorla hədələməkdən çəkinmək barədə öhdəlik təsdiq
olunsun».
BMT-nin 50 illiyi ilə əlaqədar bəyannamədə isə bir daha vurğulanmışdı: Biz
«dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq
bütün dövlətlər arasında ədalət qurmaq və himayə etmək» əzmindəyik.
BMT müstəqilik hüququnu müstəmləkə xalqları və anneksiya olunmuş
ərazilər üçün elan etmişdir! Həmin hüquq müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyü BMT tərəfindən tanınmış dövlətlərin milli azlıqlarına aid deyil.
Artıq bəzi beynəlxalq təşkilatlarda millətin öz müqəddaratını təyin etməsi
probleminə yeni baxış formalaşmaqdadır. Məsələn, Avropa Şurası PA-da D.
Atkinson birmənalı demişdir ki, «millətin öz müqəddaratını təyin etməsi prinsipi
ilə dövlətlərin ərazi bütövlüyü prinsipinin ziddiyyəti var».
Deyəsən ilk dəfədir ki, AŞ PA məruzəçisi sessiyada prinsipial məsələyə belə
obyektiv mövqe səsləndirir.
Bi-Bi-Si-yə müsahibəsində Atkinson öz mövqeyini aşağıdakı şəkildə
əsaslandırır: «Avropa Şurası Azərbaycanı öz sıralarına qəbul edərkən onun ərazi
bütövlüyünü tanımışdır. Əgər tərəflər mövcud sərhədlərin dəyişdirilməsi barədə
razılığa gəlsələr, Azərbaycan hökuməti Dağlıq Qarabağ əhalisinin ona müstəqillik
verilməsi barədə tələbi ilə razılaşsa, onda bunu biz də qəbul edəcəyik. Amma
aydındır ki, Azərbaycan hökuməti bu tələblə heç bir zaman razılaşmayacaqdır.
Digər beynəlxalq təşkilatlar kimi, Avropa Şurası da Dağlıq Qarabağın
müstəqilliyini tanıya bilməz. Ona görə də millətlərin öz müqəddaratını təyin etməsi
prinsipi Dağlıq Qarabağ barəsində tətbiq oluna bilməz».