Tofiq Köçərli - 53 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər hüququnu müstəmləkə xalqları və anneksiya olunmuş ərazilər üçün elan etmişdir.
Həmin hüquq beynəlxalq cəhətdən tanınmış dövlətlərin milli azlıqlarına aid deyil.
Xalqların müstəqil dövlət yaratmağa və ayrılmağa qədər öz müqəddəratını
təyin etmək hüququ haqqında formula marksist formulasıdır. Geniş yayılmış bu
formulanı Birləşmiş Millətlər Təşkilatı da qəbul etmiş və öz nizamnaməsində əks
etdirmişdir.
Lakin
zəmanə
dəyişmişdir.
Bununla
əlaqədar
olaraq
BMT-nin
nizamnaməsində yazılmış həmin formulaya yeni baxışlar yaranmışdır.
Bu yeni baxışlar ilk öncə Qərbdə səsləndirildi.
Đsveçin keçmiş Baş Naziri Đ. Karlsonun fikrincə, öz müqəddaratını təyin
etmək məsələsi «təshih olunmalıdır», öz müqəddaratını «yeni dövlətlər yaratmadan
da» təyin etmək olar.
Milli problemlər üzrə tanınmış tədqiqatçı U.Pfaff, «Forin polis» jurnalının baş
redaktoru Ç.U.Mayno hesab edirlər ki, «milli öz müqəddaratını təyin etməyə
ümumi hüququ dətəkləmək bugünkü şəraitdə tarixi inkişafda geriyə doğru
addımdır».
«Otvetsvennoe obşestvo» jurnalının naşiri A. Etsionu daha qətidir:
«Bu hərəkatların («Qarabağ hərəkatı» kimilərinin – T.K.) əksəriyyətini
mənəvi cəhətdən bəyənilməkdən məhrum etmək və onları necə varsa elə dağıdıcı
qüvvə kimi görmək vaxtı çatmışdır!».
Nəhayət, BMT-nin keçmiş Baş Katibi Butros Qalini eşidək: «Mütləq və
müstəsna suverenlik dövrü keçmişdir, onun nəzəri konsepsiyası heç bir zaman real
həyatla təsdiqlənməyib.
…Əgər hər bir etnik, din, ya dil qrupu dövlətçiliyə iddia etsə, parçalanmaya
hədd olmayacaqdır, ümumi sülh, təhlükəsizlik, iqtisadi rifah da çətinliklə əldə edilə
biləcək məqsəd olacaqdır».
Mütəxəssislərin yazdığına görə, hazırda dünyada 2,5 min millət və etnik qrup
var. Bunlar dünyanın 150 çoxmillətli dövlətinin tərkibində məskunlaşıblar.