Tofiq Köçərli - 64 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər onların üzü tökülmüşdü, buna görə də bütün daşları yenidən yonmaq lazım gəldi».
Kalankutlunun dediyi kilsə Qars vilayətindəki həmin kilsə olub.
Akademik Ziya Bünyadovun yazdığına görə, Azərbaycan Naxçıvanında
aparılan qazıntılarda heç bir vaxt kilsə və başqa xristian tikililərin xarabalıqları
tapılmamışdır.
46
Bir anlığa fərz edək ki, Naxçıvan eramızdan əvvəl, yaxud sonra nə vaxtsa
hansısa müddət «erməni dövlətinin» tərkibində olub. Lakin belə amil bu gün bir
dövlətin başqasına ərazi iddiası irəli sürməsi üçün əsas ola bilərmi? Belə amil
beynəlxalq münasibətlərdə dəstəklənsə müasir dünyada nələr baş verməz?
IX əsrin sonlarından Naxçıvan banisi mənşəcə turk Məhəmməd Đbn Əbu-s
Sac olan Sacilər dövlətinin (879-930), sonra Salarilər dövlətinin (941-981)
tərkibində olub. X əsrin sonlarından Naxçıvanşahlıq adlanan dövlət mövcud olub.
Onu Naxçıvanşah titulu olan Əbu Düləf idarə edirdi.
47
Azərbaycan Atabəyləri dövləti dövrü bir çox baxımdan Naxçıvan tarixində
mühüm hadisələrlə əlamətdardır. Naxçıvan bir müddət bu böyük dövlətin paytaxtı
olur. Memar Əcəmi Naxçıvan şəhərində Yusif Đbn Qasir mavzoleyi (Naxçıvan
şeyxlərinin başçısı olub), 1186-cı ildə Möminə Xatun mavzoleyi kimi sənət inciləri
yaradır (Möminə Xatun Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı
idi. Möminə xatun Naxçıvanda vəfat etmişdi).
Naxçıvanda istedadlı memarlar nəsli yetişir. XII-XIV əsrlərdə Naxçıvan
memarları Naxçıvanın Qarabağlar kəndində gözəl memorial kompleks və
minarələr ucaldırlar. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi Əhməd Đbn
Eyyub Naxçıvani 1322-ci ildə Qarabağın Bərdə şəhərində əzəmətli mavzoley
yaradır…
48
Orta əsr müəllifləri Əl-Kufi (X əsr), Əl-Həməvi (XII-XIII) və b. Naxçıvanın
məhz «Azərbaycan şəhəri» olmasını vurğulamışlar. Həmdullah Qəzvini (XIII-
XIV) Naxçıvanın «nəqşi-cahan» adlanması, naxçıvanlıların müsəlman olmaları
haqqında yazmışdır. Əl-Bakuvi (XIV-XV) Təbrizin «Azərbaycan ölkəsinin
paytaxtı», Naxçıvanın isə «Azərbaycanın gözəl şəhəri» olmasını qeyd etmişdir.