1993-1995-ci illərdə Ermənistan Milli Təhlükəsizlik naziri olmuş David
Şahnazaryanın fikrincə, «bugünkü Ermənistanın siyasəti tarix haqqında romantik,
mifoloji təsəvvürlərə əsaslanır… Hazırkı hakimiyyət erməni dövlətinin gələcəyini
olmayan yerdə-tariximizdə axtarır».
Mifoloji təsəvvürlərə əsaslanan siyasət əfsanəvi iddialar icad edir. Onlardan
ikisi belədir:
1) «Naxçıvan-tarixi erməni torpaqlarının özəyidir»
2) «Dağlıq Qarabağ və Naxçıvan bir neçə minillik ərzində erməni dövlətinin
ayrılmaz hissəsi olmuşdur». Bu, Ermənistan hökumətinin BMT-yə təqdim olunmuş
rəsmi mövqeyidir.
Dərhal soruşmaq lazım gəlir:
1.N.Adonsun 1910-cu ildə yazdığı kimi, əgər e.ə. VII əsrdə kimmerlərin
basqını nəticəsində «öz hüdudlarından sıxışdırılmış friqiya erməniləri Fərat çayının
keçərək yerli aramey əhalisilə» qarışmışdılarsa və «gəlmə friqiyalaların başlıca
olaraq aramey mənşəli aborigenlərlə qovuşmasından erməni xalqının özəyi»
formalaşmışdısa, «ermənilər Qərbdə kilikiyalılarla, Şərqdə matienlərlə qonşu»
34
idilərsə və yaxud B.Đşxanyanın vurğuladığı kimi, «ermənilərin həqiqi vətəni Kiçik
Asiya»dırsa, «Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son
yüzilliklər ərzində səpələniblər»sə,
35
«Naxçıvan-tarixi erməni torpaqlarının özəyi»
ola bilərmi?
2. Erməni dövləti «bir neçə minillik ərzində» mövcud olubmu ki, Naxçıvan da
bir neçə minillik ərzində erməni dövlətinin tərkibində olmuş olsun?
Bir deyil, iki deyil, belə və bundan da gülünc iddialar: «Ordubadda çoxlu
ağcaqayın, şərq çinarı olması təsadüfi deyil. Məlumdur ki, ağcaqayın erməni
xalqının sevimli ağacıdır. Büdpərəstlik dövründə ermənilər bu ağacı müqəddəs
sayaraq ona sitayiş etmişlər» (A.Ayvazyan).
Belə «dəlil» əsasında Ordubadı əzəli erməni ərazisi sayanlara nə ad verəsən?
Bir onu demək qalır ki, ey çoxlu ağcaqayını, xan çinarı olan xalqlar, agah və ayıq-