Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə63/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   59   60   61   62   63   64   65   66   ...   151
Tofiq Köçərli                                    - 63 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
tayfalar  e.ə.VII  minillikdən  yaşayıblar,  e.ə.  VI  minilliyin  birinci  yarısında  isə 
Naxçıvana  Ön  Asiyada  geniş  yayılan  Ubeyd  mədəniyyəti  tayfaları  köçərək 
məskunlaşıblar.
41 
 
E.ə.  IX  əsrdən  Cənubi  Azərbaycan  ərazisində  Manna  dövləti  olub.  Naxçıvan 
Mannanın,  sonra  Midiya,  Atropatena  dövlətlərinin    və  Makedoniyalı  Đskəndərin 
imperiyasının  tərkibində  olub.  I-IV  əsrlərdə  Naxçıvan  Albaniyanın  (Şimali 
Azərbaycan)  vilayəti  olmuşdur.
42
  V  əsrin  əvvələrindən  Naxçıvanda  hun 
tayfalarından  olan kəngər  tayfası  məskunlaşır.  V  əsr  erməni  müəllifi  Parbli  Lazar 
Naxçıvan,  Cənubi  Azərbaycan  və  onlara  yaxın  ərazilərdə  məskunlaşmış 
kəngərlərin  yaşadıqları  yeri  «Kəngərlərin  vilayəti»,  oradakı  dağı  «Kəngərlərin 
dağı» adlandımışdır.
43 
 
VI-VII  əsrlərdə  Naxçıvan  şəhərində  Đran  şahı  I  Xosrovun  adından  pul  kəsən 
zərbxana olmuşdur. Bu, o zamankı Naxçıvanın inkişaf səviyyəsini xarakterizə edən 
bir  göstəricidir.  591-ci  il  müqaviləsilə  Naxçıvan  Sünik  və  Vaspurakan  vilayətləri 
tərkibində bilavasitə Đrana tabe edilmişdi.
44 
 
Erməni  müəllifləri  Naxçıvanı  «erməni  şəhəri»  sayırlar.  Onlar  bunu  alban 
müəllifi  M.Kalankatuklunun  VII  əsrdə  Naxçıvan  şəhərində  kilsə  olması  haqqında 
fikri ilə əsaslandırmağa çalışırlar. O yazmışdır ki, ərəb sərkərdəsi Məhəmməd Đbn 
Mərvan  698-ci  ildə  erməni  başçılarından  800  nəfəri  «Naxçıvana  gətirərək»  onları 
«kilsədə bağlatdırdı və diri-diri yandırdı». 
Akademik  Ziya  Bünyadov  bu  məsələyə  aydınlıq  gətirmişdir.  O,  ərəb 
mənbələrinə  və  akad.  Orbelinin  tədqiqatlarına  istinadla  göstərmişdir  ki,  Moisey 
Kalankatuklunun  yazdığı  Naxçıvan  Arazüstü  Naxçıvan  (Azərbaycan  naxçıvanı) 
deyil,  Türkiyənin  Qars  vilayətinin  Kağızman  mahalında  olan  NAXÇIVAN 
şəhəridir.  Ərəb  istilasına  qədər  Azərbaycan  Naxçıvanı  Sasani  dövlətinin,  Qars 
Naxçıvanı isə Bizansın tərkibində idi.
45 
 
Akademik Đ.A.Orbeli 1912-1913-cü illərdə 
Türkiyə  Naxçıvanının  epiqrafik  abidələrini  tədqiq  etmiş,  oradakı  kilsənin 
tikilməsini  VII  əsrin  sonuna  aid  etmişdir.  Dağılmış  kilsənin  bərpasına  rəhbərlik 
edən  bənna  Orbeliyə  söyləmişdi  ki,  «məbədin  daşlarında  yanğın  izləri  var  idi, 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin