Tofiq Köçərli - 62 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər böyük Tiqran (e.ə. 95-56-cı illər) dövründə yaranmışdır. Tiqrandan sonra ermənilər
bir çox əsr ərzində Roma, Sasanilər Đranı və Bizans imperiyaları da daxil olmaqla
digər ölkələrin vassaları olmuşlar».
38
Fransa tarixçisi Jorj de Malevil də həmin fikirdədir:
«Tiqran, romalılarla qarşılaşmış qonşuları Mitridatın və fars monarxının
ümumi çətinliklərindən istifadə edərək müvəqqəti müstəqilliyə nail oldu, lakin
nəticə etibarilə Pompey tərəfindən məğlub edildi və devrildi. «E.ə. 95-ci ildən 56-
cı ilədək olan dövr istisna olmaqla Ermənistan heç bir vaxt həqiqi müstəqillik
qazana bilmədi və o, həmişə hansısa uzaq imperiyanın vassalı oldu».
39
ABŞ müəllifi Pol Xensenin yazdığına görə, «Böyük Ermənistan kimi mədh
edilən «Tiqran erməni çarlığında» ermənilər şəksiz azlıq təşkil etmişlər».
Eramızın 387-ci ilində «Böyük Ermənistan» adlanan ərazi Đran Sasanilər
dövləti ilə Roma imperiyası arasında bölünür. O zamandan ermənilər
dövlətçilikdən məhrum olurlar. Bundan yalnız 15 əsr sonra, 1918-ci ildə indiki
Ermənistan ərazisində erməni dövlətçiliyi yaradılır.
E.ə. 316-cı ildən b.e. 387-ci ilinə qədər, yəni təqribən 7 əsr ərzində bu və ya
başqa şəkildə erməni dövləti mövcud olub . Doğrudur, Veliçkonun yazdığı kimi,
«XI əsrin axırlarında Kiçik Kilikiyada erməni dövlətçiliyinin müəyyən görüntüsü
yaranır. Və bu görüntü 1375-ci ildə tamamilə dağılır». Lakin nə Dağlıq Qarabağın,
nə də Naxçıvanın Kilikiyaya, eləcə də əvvəlki erməni çarlıqlarına heç bir aidiyyəti
olmamışdır.
Beləliklə Naxçıvanın, eləcə də Dağlıq Qarabağın «bir neçə minillik ərzində
erməni dövlətinin ayrılmaz tərkib hissəsi olması» haqqında Ermənistan
hökumətinin iddiası ağ yalandır, BMT-ni, dünya ictimaiyyətini aldatmaq məqsədi
güdən fitnəkarlıqdır.
Naxçıvan qədim insanların ilk məskənlərindən, bəşər sivilizasiyasının ilk
beşiklərindən biri olan diyardır. E.ə.4-cü minillikdə Naxçıvanda, Gəmiqaya
adlanan yerdə həkk olunmuş insan, öküz, araba, vəhşi heyvan təsvirləri buna
sübutdur.
40
Arxeoloqlar müəyyənləşdiriblər ki, Naxçıvanda erkən əkinçi-maldar