Tofiq Köçərli - 70 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Şamaxı xanının cəmi 150 adamı var, şəhər 2 saat ərzində asanlıqla tutulur və
şəhərdən 10 min suvari xristian (oxu: erməni-T.K.) qoşun ruslara qoşulur (XVIII
əsrin əvvəllərində Şamaxı əhalisinin sayı haqqında məlumat yoxdur. XIX əsrin
əvvəllərində Şamaxı xanlığında 24 min ailə-22 min 500 yüz azərbaycanlı ailəsi və
cəmi 1500 erməni ailəsi yaşamışdır. (1500 ailədən erməni bax belə, 10 min suvari
qoşun yaradır!). Şamaxı tutulduqdan sonra qoşun 4 hissəyə bölünərək Gəncə,
Larent (Lori), Qafan və Naxçıvana hərəkət etməli idi.
Ori yazırdı:
- Gəncə xanının 100 adamı var, «qalanları hamısı ermənilərdir»;
- Larentdə bəyin 20 adamı var;
- Qafanda bəyin 20 nəfəri var;
-«Naxçıvanda xan yaşayır, onun 200 adamı var… Naxçıvan xanı
başqalarından daha çox bizim düşməndir. O xan bizim çox adlı-sanl
ermənilərimizi mühakiməsiz qırmışdır»;
57
- «Bütün bu qəzalarda müsəlmanlar olsa
da, onlar çox azdı, xristian ermənilər olduqca çoxdu» (erməni həqiqəti tərsinə
təqdim etməkdə belə mahirdir!)
(Görəsən, çar sarayında heç fikirləşən olubmu ki, Şamaxı xanı 150 adamla 10
min suvari əsgəri olan erməni əhalisini, yaxud Gəncə xanı 100 adamla erməniləri
necə tabe edə biliblər?)
- «Naxçıvan şəhərindən 15 mil aralıda Ordubad şəhəri var. «Ordubadda
yaşayanların hamısı farsdır (oxu: azərbaycanlıdır – T.K.), bütün tacirlər və
sənətkarlar varlıdır, bütün dünyada onlardan varlı adam yoxdur. Ustalar silah,
qılınc, top, parça hazırlayırlar. Həmin parça ilə 100 min əsgər geyindirmək olar»
58
(erməni qarşı tərəfi şirnikləndirməyi belə bacarır!);
- Şamaxıdan Naxçıvan şəhəri yaxınlığındakı Araz çayına qədər, «heç bir
düşmən adamları (oxu: azərbaycanlılar – T.K.) yoxdur, yalnız xristianlar var»
(erməni «qatıq qaradır» deməkdə belə püxtələşib!).
Sonra bütün qoşun Naxçıvanda cəmləşməli və oradan 5 min əsgər Đrəvana
hərəkət etməli idi. Orinin məlumatına görə, hasarlı Đrəvan qalasının iki darvazası