Tofiq Köçərli - 66 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər toplanmışdır. Həmin nəşrin «Persidskie kupçie Matenadarana. Vıpusk pervıy
(XIV-XVI vv.)» adlı cildində 27 sənəd-kupçi fars, rus və erməni dillərində çap
edilmişdir. Bu sənədlər Çuxursəddə torpaqların məhz azərbaycanlılara məxsus
olması, ermənilərin həmin torpaqları satınalma yolu ilə ələ keçirmələri haqqında
aydın təsəvvür verən sənədlərdir. Həm də bizə və gələcək nəsillərmizə xəbərdarlıq
sənədləridir: nəyi satsan, doğma torpaqları yada satmaq, yadlara bağışlamaq
olmaz!
Başqa bir baxımdan da 1305-1592-ci illərə aid bu 27 sənəd əhəmiyyətlidir:
sənədlərin heç birində «Ermənistan ölkəsi» anlayışı yoxdur, ölkə adı çəkilən bütün
hallarda yalnız «Azərbaycan ölkəsi» var.
Həmin sənədlərdə bütün hallarda Naxçıvan, eləcə də Çuxursəd «Azərbaycan
ölkəsi»nin bölgələri kimi vurğulanmışdır:
- 1400-cü il kupçisində Kapanat və Sisacanın (Görünür: Qafan və Sisyan)
«Azərbaycan ölkəsinin Naxçıvan tüməni» tərkibində olmaları qeyd edilmişdir.
- 1430-cu il kupçisi azərbaycanlıların Üçkilsə kəndini Yepiskop Qriqora
satmaları haqqında sənəddir. Orada yazılmışdır ki, Üçkilsə «Azərbaycan ölkəsinə
tabe olan Çuxursəd vilayətinin» kəndidir;
- 1450-ci il kupçisi Urud kəndi, 1508-ci il kupçisi Kapanat mahalının 6 kəndi
haqqındadır. Hər iki sənəddə kəndlərin hər birinin «Azərbaycan ölkəsinin
Naxçıvan tüməni» tərkibində olması ayrıca qeyd edilmişdir;
- Meqri kəndinin «Azərbaycan ölkəsi» tərkibində olması 1576-cı il kupçisində
qeyd edilmişdir;
Və s.
1573/74-cü ilə aid kupçidə Qarabağ haqqında da bir məlumat var. O belədir:
«Azərbaycan ölkəsinin Aran Qarabağı…»
Bir də təkrar edək: ermənilərin özlərinin çap etdikləri bu sənədlərdə
Ermənistanın adı əsla yoxdur, yalnız və yalnız Azərbaycan var.
Naxçıvanı «erməni Naxçıvanı» adlandıranlar, Naxçıvanı «erməni dövlətinin
ayrılmaz tərkib hissəsi» sayanlar! Oxuyun Yerevanda vaxtilə çap etdiyiniz bu