Tofiq Köçərli - 73 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Rusiya generalı A.N.Yermolovu qəbul edərkən demişdi ki, Naxçıvanı üç əsr onun
Kəngərli nəsli idarə etmişdir.
Naxçıvan xanlığı dörd dairədən ibarət idi: Naxçıvan, Ordubad, Mehri və
Qafan.
1790-cı ildə Mehri və Qafan Qarabağ xanlığı tərkibinə qatılır.
Azərbaycan xanlıqları möhkəmlənməyə macal tapmamış Rusiya təhlükəsi ilə
üzləşdilər. 1783-cü ilin mayında knyaz Potyomkin göstəriş verdi ki, «Dərbənd zəbt
olunsun, Fətəli xan tutulsun, düşmənlərinin xan əleyhinə hərəkətlərinin qarşısı
alınmasın».
63
Başqa bir direktiv belə idi: «Fətəli xan əleyhinə onun qonşularını işə
salmaq lazımdır».
64
Göründüyü kimi, Rusiyanın Azərbaycanı işğal etmək planında
Azərbaycan xanlarının arasını vurmaq, birini digərinə qarşı müharibəyə qaldırmaq
taktikası mühüm yer tutmuşdu.
Qarabağ xanı Đbrahim Xəlil xan 1783-cü il martın 18-də II Yekaterinaya
müraciət edərək Qarabağ xanlığını himayəyə götürməyi xahiş etmişdi. Lakin çar
sarayı faktiki olaraq bu müraciətə məhəl qomamış və məkrli əməllərə meydan
vermişdi:
- 1783-cü il aprel ayının 6-da knyaz Potyomkin general Potyomkinə əmr
etmişdi: «Đbrahim xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis
etməli»;
65
- Mayın 19-da isə knyaz belə bir əmr verir: «Rusiyanın ali himayəsi altında
Asiyada Ermənistanla Qarabağdan ibarət güclü xristian dövləti yaratmaq üçün
erməniləri əzizləmək lazımdır»;
66
Yenə həmin ayda knyaz Potyomkin hökm etdi: «Münasib məqamda Đbrahim
xan erməni millətindən olan hökmdarla əvəz edilməlidir».
67
Az sonra «Qarabağ və Qaradağdan ibarət yeni dövlət» yaratmaq qət edildi.
Bununla əlaqədar general-Potyomkin noyabrda knyaz Potyomkindən xahiş etdi ki,
aydınlaşdırsın: yeni dövlətə «hansı idarəçilik forması verilsin? Đrəvan vilayətini bu
yeni dövlətə daxil etmək lazımdırmı?».
68