Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə81/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   77   78   79   80   81   82   83   84   ...   151
Tofiq Köçərli                                    - 81 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Beləliklə,  ikinci  Rus-Đran  müharibəsi  Đranın  rüsvayçı  məğlubiyyəti  ilə 
qurtardı.  
Müharibə  gedişində  ruslar  Cənubi  Azərbaycandan  bir  çox  nadir  və  qiymətli  
əşyaları hərbi qənimət kimi mənimsədilər. Onardan bəzisi Kremlin Silah palatasını 
indi də bəzəyir. 
Bu bir yana Azərbaycan, Đran əvəzsiz xəzinə – Ərdəbil kitabxanasını itirdilər. 
Ərdəbil  fatehi  general  Suxtelen    Şeyx  Səfi  məscidində  olan  bu  məşhur  və  zəngin 
kitabxananı  ələ  keçirmək  üçün  fənd  işlətdi.  Qəlbləri  ələ  almaq  niyyətilə  məscidə 
böyük bir xalça bağışladı (əlbəttə, qənimət xalçalardan). Xalça dərhal Şeyx Səfi və 
Şah Đsmayıl Xətainin qəbrləri arasında yerə sərildi.
89 
 
Sonra  general  şəhərin  din  xadimləri  ilə  görüşərək  dedi  ki,  müsəlman 
təbəələrinin  mənəvi  tərbiyəsi  qayğısına  qalan  Rusiya  hökumətinin  məşhur  şərq 
müəlliflərinin  əsərlərinə  çox  ehtiyacı  var.  Bununla  əlaqədar  ona  tapşırılmışdır  ki, 
Şeyx  Səfi  kitabxanasının  Peterburqa  aparılmasına  razılıq  verməyinizi  xahiş  edim. 
Peterburqda əsərlərin surətləri çıxarılacaq və sonra onların əslləri geriyə – Ərdəbilə 
qaytarılacaqdır.  Hacılar  və  mollalar  razılıq  verdilər.  O  saat  Suxtelen  hacıların  və 
mollaların müşaiyətilə məscidə getdi və şeyxin qəbrinə səkkiz yüz çervon qoyaraq 
bəyan etdi ki, «bu, Rusiya imperatorunun hədiyyəsidir. Nəzirin çoxluğuna mollalar 
mat qaldılar və dərhal kitablar Suxtelenə verildi».
90 
 
Qədim əlyazmaları o gedən getdi… 
1828-ci il fevralın 10-da (22-də ) Təbriz yaxınlığındakı Türkmənçay kəndində 
Rusiya  ilə  Đran  arasında  sülh  müqaviləsi  imzalandı.  Müqavilə  ilə  Đran  «Arazın  o 
tayı və bu tayı üzrə Đrəvan xanlığı və Naxçıvan xanlığını Rusiya imperiyasının tam 
mülkiyyətinə  güzəştə»  getdi  və  «Qafqaz  sıra  dağları  və  Xəzər  dənizi  arasında 
yerləşən  torpaqların  və  bütün  adaların  əbədi  zamanadək  Rusiya  imperiyasına 
məxsus  olduğunu  təntənə  ilə»  (təntənə  ilə!  –  T.K.)    bəyan  etdi.  Bununla  birlikdə 
Đran  müharibə  nəticəsində  «Rusiya  imperiyasına  vurulmuş  xeyli  ziyan»  əvəzində 
20  milyon  gümüş  manat  təzminat  verməyi  öhdəsinə  götürdü  və  təsdiq  etdi  ki, 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin