Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə82/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   78   79   80   81   82   83   84   85   ...   151
Tofiq Köçərli                                    - 82 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz» və i. 
a.  
Demək  olmaz  ki,  Türkmənçay  müqaviləsilə  Đran  heç  nə  «qazanmadı»: 
Şahzadə  Abbas  Mirzənin  (o  Şahzadənin  ki,  onun  komandanlıq  etdiyi  Đran  ordusu 
dalbadal hərbi məğlubiyyətlərilə Đranı bir dövlət kimi məhv olmaq həddinə gətirib 
çıxartmışdı) özünün imzaladığı müqavilədə Rusiya  öhdəsinə götürdü ki, Đran şahı 
həzrətləri  oğlu  Abbas  Mirzəni  «öz  vərəsəsi  və  taxt-tacın  varisi  təyin  etmək 
iltifatında  bulunan  kimi,  bütün  Rusiya  imperatoru  həzrətləri…  Şahzadə  Abbas 
Mirzə  həzrətlərinin  simasında  Đran  taxt-tacının  vərəsəsi  və  varisini,  onun  taxta 
çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab» edəcəkdir! 
Đran can hayında, Đranı bu kökə salan şahzadə Đran taxt-tacına can atmaqda…! 
Demək  olmaz  ki,  Rusiyanın  Abbas  Mirzə  haqqında  verdiyi  təminat  Đranın 
ikinci Rusiya- Đran müşaribəsindən əldə etdiyi yeganə «qazanc» idi.  
… Paskeviç Türkmənçay müqaviləsinin imzalanması münasibətilə şahı təbrik 
etmək  üçün  general-mayor  Rozeni  Tehrana  göndərməyi  qət  etdi.  Həmin  an 
Paskeviçin yanında olan Đran naziri Mirzə Əbdül Həsən xan generaldan xahiş edir 
ki,  şaha  hədiyyə  olaraq  beş  min  çervon  göndərsin.  «Şah  hədiyyəni  xüsusi 
məmnuniyyətlə  götürər»,  deyir  o.  Bu  nə  qədər  əcaib-qəraib  olsa  da,  şaha  pul 
hədiyyəsi vermək nə  qədər gülünc görünsə də Paskeviç, nazirin təkid etməsindən 
qənaətə gəlir ki, təklif şahın özündən gəlir.  
Rozen  gələnəcən,  şaha  bel  bir  xəbər  çatdı  ki,  Rozen  dörd  yüz  min  çervon 
hədiyyə gətirir. Rozen iki min nəfər Đran süvarilərinin (iki min nəfər – T.K.) fəxri 
müşayiətilə    Tehrana  daxil  oldu.  O,  Novruz  bayramı  günü  beş  mini  Fətəli  xana 
şəxsən təqdim etdi. Görd yüz min gözləyən Şah dilxor oldu, amma borclu qalmaq 
istəmədi.  Tehrandakı  qvardiya  batalyonunu  Əlahəzrət  imperator  batalyonu, 
Azərbaycan  (təbriz)  batalyonlarından  birini  Paskeviç  batalyonu  adlandırmaq, 
habelə  öz  təbəələrinin  rus  əsirlərini  azad  etməsinə  nümunə  olmaq  üçün  şah 
hərəmxanasından bir neçə qadını buraxmağı əmr etdi.
 
 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin