Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə84/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   80   81   82   83   84   85   86   87   ...   151
Tofiq Köçərli                                    - 84 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nə  Rusiya,  nə  də  Đran  etnik  birliyimizi  və  mədəni-mənəvi  bütövlüyümüzü 
sarsıda bilməmişdi.  
Türkmənçay  müqaviləsinin  mürəkkəbi  qurumamış,  Rusiya  imperatoru  I 
Nikolay  21  martda  xüsusi  fərmanla  Đrəvan  və  Naxçıvan  xanlıqlarını  ləğv  edərək 
onların ərazilərindən ibarət «Erməni vilayəti» yaratdı və onu öz tituluna daxil etdi, 
yəni  Rusiya  çarı  erməni  çarı»  titulunu  da  aldı.  Demək  lazımdır  ki,  Rusiya 
Azərbaycan  xanlıqlarını  zəbt  və  ləğv  edərkən,  onlardan  heç  birini  digərinə 
birləşdirməmişdi,  Gəncə  xanlığından  başqa  digər  xanlıqların  coğrafi  adlarını 
saxlamaqla  vilayət  deyil,  əyalətlər  yaratmışdı  və  həmin  əyalətlərin  heç  birini 
imperator tituluna daxil etməmişdi. 
Özü də o ərazidə «Erməni vilayəti» adlı vilayət yaradılmışdı ki, orada vilayət 
yaradılan  zaman  təkzib  olunmaz  Rusiya  statistikasına  görə  16078  azərbayanlı 
ailəsi,  4428  erməni  ailəsi,  67  yezidi  kürd  ailəsi,  1344  köçəri  müsəlman  ailəsi  var 
idi, yəni müsəlmanların sayı ermənilərin sayından 4  dəfə çox idi.  
Doğrudur, «Erməni vilayətin»də erməni  dövlətçiliyindən heç bir əsər-əlamət 
yox idi. Bununla belə həm əhalisinin tərkibində müsəlmanların mütləq əksəriyyəti 
təşkil  etməsinə,  həm  də  bu  ərazinin-keçmiş  Đrəvan  xanlığı  və  Naxçıvan  xanlığı 
ərazilərinin,  xanlıqlardan  əvvəlki  dövrdə  isə  Çuxursəd  bəylərbəyliyi  adlanan 
vilayətin  ərazisinin  məhz  Azərbaycan  ölkəsinin  bölgəsi  olmasına  görə  yeni 
yaradılan vilayətin «Erməni vilayəti» adlandırması heç bir məntiqə uyğun deyildi.  
Lakin  Rusiya  hakimiyyət  orqanları  nə  tarixə,  nə  də  regionun  etnik  tərkibinə 
məhəl qoymayaraq istədiklərini etdilər. Görünür, bu qondarma adı qoymaqla onlar 
Ermənistan  coğrafi  anlayışını  dirçəltmək  və  hansısa  mərhələdə  «Erməni  vilayəti» 
bazasında Ermənistan dövləti yaratmaq barədə düşünürlərmiş. 
Bu  da  maraqlıdır  ki,  1846-cı  ildə  Zaqafqaziyada  yeni  inzibati-ərazi  sistemi 
tətbiq  ediləndə  –  quberniyalar  yaradılanda  Erməni  vilayəti  nədənsə  bu  islahatdan 
kənarda  qalmışdı.  Nəhayət,  yalnız  1849-cu  ilin  iyununda  Erməni  vilayəti  Đrəvan 
quberniyasına çevrildi.  



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin