Tofiq Köçərli - 100 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Cavab belə oldu: yalnız o halda kömək ediləcəkdir ki, Azərbaycan hökuməti
Şərur və Naxçıvan rayonunda neytral zona yaradılmasını sürətləndirsin.
Eyni zamanda Haskel bəyan etdi ki, Azərbaycanla Dağıstan arasında neytral
zona təşkili məsələsinin Azərbaycan üçün arzu olunan şəkildə həll edilməsi də
Naxçıvanda neytral zonanın yaradılmasının süırətləndirilməsindən asılıdır.
Bu görüş haqqında Bakıya Xarici Đşlər Naziri Cəfərova məlumat göndərən
Vəkilov bildirirdi ki, Haskel Şərur və Naxçıvan rayonunda neytral zona
yaradılmasına dair Azərbaycanın şərtlərini qəbul edilməz sayır.
Haskelə görə, «həmin şərtlərin yerinə yetirilməsilə Şərur və Naxçıvanda
Azərbaycan hökuməti öz hakimiyyətini əhəmiyyətli dərəcədə genişləndirir».
Vəkilov Nazirə təklif edir ki, hökumət üzvlərindən kim isə Tiflisə göndərilsin
və o, Haskel ilə xüsusi danışıq apararaq neytral zona yaradılması məsələsini
qurtarsın. Onun fikrincə, Tiflisdə «erməni nümayəndələrinin olması bizimkilərin
isə olmaması Haskelin rəyinin birtərəfli formalaşmasına əhəmiyyətli dərəcədə təsir
etmişdi».
Elə həmin görüş günü, sentyabrın 26-da Haskel Azərbaycan Xarici Đşlər
Naziri Cəfərova aşağıdakı teleqramı göndərdi:
«Nə qədər ki, Naxçıvan və Şərur-Dərələyəzdən ibarət neytral zona
yaradılmayıb, general Denikinlə neytral zona (başqa yerdə: Azərbaycanla Dağıstan
arasında neytral zona – T.K.) yaradılması, yaxuvd başqa məsələlərin həlli
sahəsində heç bir tədbir görməyəcəm. Naxçıvanda neytral zona yaradılması şərtləri
bu gün Tiflisdə Azərbaycan hərbi nazirinə verilmişdir. Şərtləri qəbul etməyiniz
barədə teleqramınızı gözləyirəm».
Şərtlərdə (haskelin 2-ci layihəsi) əslində yalnız bir yeni fikir var idi:
«Erməni və tatar əhalisinin sayına proporsional olaraq Mərkəzi Şura yaradılır.
Mərkəzi Şura zonanın idarə olunmasında iştirak edir».
Birinci layihədəki «yerli hakimiyyət …azərbaycanlıların hakimiyytidir» fikri
yeni layihədə yox idi.