Tofiq Köçərli - 103 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər üzrə birgə komissiya yaradılsın, komissiyaya Azərbaycan öz nümayəndəsini
ayırsın və həmin nümayəndə onunla Đrəvan və Naxçıvana gedərək əhaliyə
göstərsin ki, «Azərbaycan hökuməti neytral zonada amerikalıların idarəetmə
sisteminin qurulmasına razıdır».
Baş nazir neytral zona yaradılmasına prinsip etibari ilə etiraz etmədiklərini
təsdiq etdi. Bununla birlikdə N.Yusifbəyov sözügedən komissiyaya nümayəndə
təyin edib Reylə göndərmək təklifinə rədd cavabı verdi. O, bildirdi ki, başda
amerikan generalı olmaqla neytral zona yaradılması ümumiyyətlə Azərbaycanın
mənafelərinə uyğun deyil. Hökumət xalqı aldada bilməz.
Buna baxmayraq, baş nazir bəyan etdi: əgər Naxçıvan əhalisi özü polkovnik
Reyin şərtləri ilə razılaşsa, Azərbaycan hökuməti neytral zona yaratmağa mane
olmayacaqdır. (Rey Bakıda mehribanlıqla qarişılanmışdı. H.Z.Tağıyev Reyi və onu
müşayiət edən şəxsləri evinə qonaq dəvət etmişdi. Axşam Rey N.Yusifbəyovla
birlikdə Opera teatrında olmuşdu və s. Oktyabrın 19-da Rey Bakıdan Gəncəyə
gəldi. Şəhərlə, onun sakinləri ilə tanışlıqdan sonra Rey demişdi: «Mən bir çox
ölkələri, o cumlədən Zaqafqaziya respublikalarını gəzib dolaşmışam, lakin özümlə
Azərbaycan, onun xalqı, burada xalqların münasibəti, nizam-intizam, öz
respublikasını mədəni əsaslarla qurmaq cəhdləri haqqında, xüsusən də
Azərbaycanın ilk paytaxtı olan Gəncə haqqında ən yaxşı xatirə aparıram».
Azərbaycanda gördüklərindən vəcdə gələn Rey belə bir arzusunu bildirdi:
«Zəngin təbiətə və mədəni insanlara malik olan Gəncə şəhərinin vətəndaşı kimi
qeydə alınaramsa, özümü xoşbəxt sayaram». Xahiş etdi ki, o, Gəncənin fəxri
vətəndaşı seçilərsə, Ceyms bəy adı ilə seçilsin.
Gəncə şəhər duması noyabrın 4-də qərara aldı: «Azərbaycan
Cüımhuriyyətinin Amerika ilə gələcək mədəni-sənaye əlaqələri naminə polkovnik
Ceyms Rey Ceyms bəy adı ilə Gəncə şəhərinin fəxri vətəndaşı seçilsin»
Gəncə valisi X.Rəfibəyov dərhal bu qərar barədə Tiflisə-Ceyms Reyə
teleqram göndərdi).