Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə103/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   99   100   101   102   103   104   105   106   ...   151
Tofiq Köçərli                                    - 104 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Nəhayət,  V.Haskel  Şərur  və  Naxçıvan  dairələrini  müttəfiq  zona  elan  etdi. 
ABŞ  polkovniki  Delli  zonanın  qubernatoru  təyin  olundu.  Bu  zona  hüdudlarında 
Azərbaycanın və Ermənistanın qoşunları var idisə,  dərhal zonadan çıxarılmalı  idi. 
Rey  Naxçıvana  gəldi.  Haskel  kimi  Rey  də  naxçıvanlıların  yenilməz  iradəsilə 
qarşılaşdı.    Naxçıvan  rəhbərləri  Reylə  gərgin  danışıqlar  apardılar  və  uğurlu 
nəticələrə nail oldular.  
1919-cu  il  oktyabrın  26-da  Naxçıvan  müvəqqəti  general-qubernatoru 
Azərbaycan hökumətinə aşağıdakı məlumatı göndərdi:  
«Müttəfiq qoşunlar komandanlığının nümayəndələri ilə belə razılığa gəldik ki, 
polkovnik  Delli  Naxçıvanda  general-qubernator  sifəti  ilə  deyil,  Paris  sülh 
konfransının,  yaxud  ABŞ-ın  nümayəndəsi  kimi  qalır.  Onların  bu  razılığı  ilə 
Naxçıvanı «müttəfiq idarə zonası» elan etmək artıq ortadan götürülür və müəyyən 
mənada  onların  bu  ölkəni  Azərbaycana  birləşdirməyə  razılığı  ifadə  olunur». 
Məktubda  daha  sonra  deyilirdi  ki,  biz-hakimiyyət  və  əhali-müttəfiq  qoşunlar 
komandanlığına  «yekdilliklə  bildirdik  ki,  bu  ölkəni  əslində  Azərbaycan 
Respublikası  ilə  birləşdirmişik  və  əgər  sülh  konfransı  (Paris  –  T.K.)  bizi  öz 
respublikamızdan  ayırsa,  xalq  mədəni  dövlətlərin  alovlarında  məhv  olmağa  razı 
olar, amma Azərbaycandan ayrılmağa yox». Bu, şəksiz, mühüm nailiyyət  idi.  
 Əlbəttə,  Reyin  öz  iradəsini  naxçıvanlılara  qəbul  etdirmək  imkanı  var  idi. 
Lakin, görünür, Rey naxçıvanlıların mövqeyinin ədalətliliyinə get-gedə inanmışdı. 
Onun Naxçıvan danışıqları, naxçıvanlıların yenilməz əzmi bu inamın yaranmasına 
güclü təsir etmişdi.  
O    zamankı  Naxçıvanın  siyasi  vəziyyəti,  naxçıvanlıların  mətanəti  barədə  iki 
baş nazirin fikirlərini xatırladaq. 
Fikrin  biri  Ermənistanın  birinci  baş  naziri  Ov.  Kaçaznuniyə    məxsusdur.  O, 
demişdir: 
«Müsəlman  Şəruru  və  Naxçıvanında»,  «müsəlman  rayonlarında  inzibati 
tədbirlərlə  qayda-qanun    yarada    bilmədik,  silaha  əl  atmağa,  qoşun  yeritməyə, 
dağıtmağa və qırğın törətməyə məcbur olduq və geri çəkildik». 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin