Tofiq Köçərli - 101 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tikilməkdə olan Bakı-Culfa dəmir yolunun «yalnız Azərbaycan hökuməti
nəzarəti altında olması» haqqında müddəa yeni layihədə aşağıdakı redaksiyada
verilmişdi:
«Culfa-Bakı dəmir yolunun neytral zonadan keçən hissəsi Azərbaycanla
Ermənistan
arasında
bağlanacaq
müqaviləyə
əsasən yaradılmış xüsusi
komissiyanın müşahidəsi altında tikiləcəkdir».
Göründüyü kimi, bu halda Ermənistan şəriksiz işə şərik edilirdi.
Sentyabrın 29-da Cəfərov Haskelə teleqrafla bildirdi:
«Mənim hökumətimin Đrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan
qəzaları hüdudlarında ayrıca general-qubernatorluq yaradılmasına heç bir etirazı
yoxdur. Lakin təklif olunan şərtlərin bəzi maddələrilə razı deyilik. Bu barədə sizə
əlavə məlumat verəcəyəm» .
Əlavə məlumat nədən ibarət olub?
Hansı şərtlərlə Azərbaycan razı olmayıb?
Bu barədə sənəd hələ aşkar edilməyib.
Cəfərovun teleqramına Haskel oktyabrın 1-də sərt cavab verdi: «Sülh
konfransı Azərbaycanın amerikan rəhbərliyi altında olan zonanın idarə edilməsi
şərtləri barəsində göstəriş vermək hüququnu tanımır və sizin tənqidiniz qoyulmuş
şərtləri dəyişməyəcəkdir. Bu zona yaradılacaqdır.
Şərtlər sizə xəbərdarlıq məqsədilə göndərilmişdir ki, görək sizin hökumət
onlara loyal yanaşacaq, ya yox, amerikan qubernatoruna xüsusən sülh və qayda-
qanun yaratmaqda kömək edəcək, ya yox. Bu yaxın günlərdə Parisə gedirəm. Ona
görə teleqrafla təcili cavab verin. Sizin hökumətinizin müvəqqəti sazişi bəyənməsi
şərtilə sizin mübahisəli qəzalara tam mülkiyyət iddialarınızı Parisdə təqdim etmək
fikrindəyəm».
Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya və Đtaliyanın Ali
komissarı Haskelin ultimatum xarakterli tələbi ya rədd, ya da qəbul edilməli idi.
Birinci halda Haskel ilə münasibətlər daha da gərginləşə bilərdi, Azərbaycan