Tofiq Köçərli - 98 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 1) «Ermənistan Araz vadisinin onlara verilməsi tələbini qaldıranda Haskel
öyrəndi ki, Araz vadisində yaşayan müsəlmanlar erməni nəzarətindən çıxmaq üçün
hər cür razılığa əvvəlcədən hazırdılar. Sentyabrın 9-da «cənub-qərbi
Azərbaycan»ın (mətndə belədir – T.K.) nümayəndələri Haskelə məlumat verdilər
ki, özünütəyin prinsipləri yerinə yetirilənə və Paris sülh konfransı ərazini
Azərbaycanın tərkibində təsbit edənə qədər onlar amerikanın nəzarətini məqbul
hesab edə bilərlər … Daşnaq quldurlarının zülmünü qəbul etməkdənsə, onlar ələ
silah götürüıb şərəfli ölməyi üstün tutacaqdır».
2) «Amerika rəsmi zabitinə deyildi ki, Şərur-Dərələyəz, Naxçıvan və
Vedibasar Azərbaycanın ayrılmaz hissələri olmuşdur və yalnız Azərbaycan
qanunları altında fəaliyyət göstərəcəkdir. Onlar amerikalı qubernatoru deyil,
nümayəndəni qəbul edəcəklər… Başa düşülməlidir ki, əgər bizim istəyimizin
əleyhinə olaraq kimsə torpaqlarımızı Ermənistana verməyə cəhd göstərərsə, biz
onu özümüzə düşmən hesab edəcəyik; biz onu əlimizdə silahla qarşılayacağıq və
bizim düşmənlər yalnız meyitlərimizin üstündən evlərimizə girə bilərlər».
107
Əhsən milli qeyrətinizə, Ali komissar Haskelin tələbi qarşısında diz
çökməməyinizə, Azərbaycan naminə canınızı qurban vermək əzminizə, ey Şərur-
Dərələyəz, Naxçıvan, Vedibasar kişiləri ! Siz sübut etdiniz ki, doğrudan da «türklər
ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar»! (Əlibəy Hüseynzadə). Sizin artıq
tarixə düşmüş bu mərdliyiniz daim anılacaqdır!
(Uimz yuxarıdakı parçaları amerikalı erməni Riçard Hovanissyanın
«Ermənistan Respublikası» kitabından gətirmişdir. Uimzin əsərinin ədəbiyyat
siyahısında Hovanisyanın «Azərbaycan Respublikası» kitabının adı da var. Əgər
bu, doğrudursa, onu azərbaycancaya tərcümə etmək lazımdır. Arzu edək ki,
Z.Ağayev bu işə girişsin.
Və bir də arzu edək ki, Z.Ağayev Uimzin kitabını ruscaya çevirsin.
Onun bu sahədə təcrübəsi var: ABŞ-da ingiliscə çıxmış «Erməni genosidi»
kitabını 10 il bundan əvvəl ruscaya çevirib çap etdirmişdir.