Tofiq Köçərli - 115 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Azərbaycana və ya Türkiyəyə ilhaqı və yaxud müstəqil bir hökumət olaraq qalması
təklifi firqədə təsvib» olunub.
Azərbaycan nümayəndələri həm də demişdilər ki, onlar «Moskvaya gəldikdən
sonra nöqteyi-nəzərlərini Rus sovet hökumətinə qəbul etdiriblər».
Bu görüş haqqında Ankaraya məlumat göndərən Bəkir Sami bəy (nümayəndə
heyətinin rəhbəri) öz hökumətinə bildirmişdi: «Sovetlərlə müzakirələrimizdə biz
də bu tərzdə (Şahtaxtinski və Hacınskinin söylədikləri fikirlər istiqamətində –
T.K.) hərəkət edəcəyik».
Belə də oldu.
Çiçerin Türkiyə nümayəndələri ilə görüşdə demişdi: «Biz, ermənilərlə bir
saziş yapdıq. Mətnini bu gün qəzetlərdə yayınladıq. Bu sazişə görə, Naxçıvan
ordumuzun (RSFSR ordusunun – T.K.) və Şahtaxtı qəsəbəsilə Culfa, Şahtaxtı
dəmiryol xətti Ermənistanın işğalında qalacaqdır. Ancaq bu tədbir keçicidir».
Nümayəndə heyətinin başçısı Bəkir Sami bəy dərhal etiraz etmişdi. Buna
Çiçerin, qısaca – «keçici bir şeydir, qəti deyildir» cavabını vermişdi.
Əli Fuad Paşa yazır: «Çiçerin Sarıqamış ilə Şahtaxtının türklər tərəfindən qəti
biçimdə işğalını qəbul edirdi. Bu işğal sırasında ermənilərin qətlinə meydan
verilməməsinə təminat istəyirdi. Bəkir sami bəy, həmin istəyə bu cavabı vermişdi:
- Silahsız ermənilərin öldürülməsi xəyalımızdan belə keçməz… Qarsda,
Naxçıvanda və Şahtaxtıda müsəlmanlara qarşı edilən qətlə son vermək lazımdır».
Avqustun 14-də Lenin Bəkir Sami bəyi qəbul edir. Bəkir Sami bəy Sovet
hökumətinin Naxçıvan-Şahtaxtı dəmir yolunu «Ermənistana təslim etməsinin
heyrət və üzüntülərimizə səbəb olduğunu» vurğulayır. Buna münasibətini bildirən
Lenin demişdi: «Bəli, bunda bir haqsızlıq və xəta oldu. Bununla birlikdə, məsələ
incələnməkdə olub üç-dörd gün içərisində bir çözüm bulunacağından umutluyam».
Avqustun 28-də Azərbaycan K(b)P MK Siyasi bürosu «Naxçıvan qəzalarında
vəziyyət haqqında» məsələ müzakirə etdi. N.Nərimanova tapşırıldı ki, «Naxçıvan
məsələsini prinsip etibarilə aydınlaşdırsın və Ermənistanla Azərbaycan arasındakı
sərhədləri Azərbaycan üçün arzu olunan şəkildə nəzərdə tutsun». Eyni zamanda