Tofiq Köçərli - 116 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Nərimanova tapşırıldı ki, Naxçıvan diyarında hakimiyyət orqanları yaratmaq
barəsində XI Qızıl Ordu rəhbərliyilə danışıqlar aparsın. M.C.Bağırov Naxçıvan
diyar komissarı təsdiq olundu. Naxçıvana partiya işçiləri və ədəbiyyat göndərmək
qərara alındı. Nəyə görəsə, M.C.Bağırovun Naxçıvana işə göndərilməsi baş
tutmadı. 1921-ci il yanvarın 12-də AK (b)P MK-sı «Ermənistanda vəziyyət
haqqında» N.Nərimanovun məlumatını dinlədi. Bu barədə qərarda «B.
Şahtaxtinskini Hərbi Đnqilab Şurasının mandatı ilə Naxçıvanın komissarı
vəzifəsinə» göndərmək nəzərdə tutuldu. Tezliklə, o, Naxçıvanda fəaliyyətə
başladı.
Naxçıvan məsələsində Nərimanovun prinsipial mövqeyi, onun adından
Hacınskinin və Şahtaxtinskinin Moskvada atdıqları addımlar, Rusiya-Türkiyə
danışıqlarında Türkiyə nümayəndələrinin seçdiyi xətt şübhəsiz, Moskvanın
Naxçıvan məsələsinə münasibətinin dəyişməsinə və nəticə etibarı ilə Naxçıvana
Azərbaycan tərkibində müxtariyyət statusu verilməsinə təsir etmişdi.
Onu da qeyd etmək lazımdır ki, Lenin və Çiçerin Şahtaxtı və Culfanın, dəmir
yolunun Ermənistan işğalında qalmasını «keçici bir şey» sayarkən səmimilik
göstərməmişdilər. Çiçerinin rəhbərliyi altında tələsik Ermənistanla müqavilə
layihəsi hazırlanmışdı. Həmin müqavilə layihəsində Azərbaycanın bütövlüyünə
qəsd edilmiş və Naxçıvanla Zəngəzurun Ermənistana verilməsi nəzərdə
tutulmuşdu.
Bu antiazərbaycan sövdələşməsindən Nərimanov xəbər tutmuşdu.
AK (b) MK Siyasi Bürosunun noyabrın 4-də Stalinin və Orconikidzenin
iştirakı ilə keçirilən iclası, heç şübhəsiz, Nərimanovun səyi və təkidi ilə qərara aldı:
«Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə
(Rusiya-Ermənistan müqavilə layihəsindəki maddə – T.K.) nə siyasi, nə də strateji
cəhətdən sərfəli deyildir».
Bununla Naxçıvandan imtina etmək barədə AK(b)P MK-nın 15 iyul tarixli
qərarı faktiki olaraq ləğv edildi.