Tofiq Köçərli - 119 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Anlamaq çətin deyil ki, hansısa razılaşma olmasaydı, yaxud Ermənistana
hansısa güclü təsir edilməsəydi, Ermənistan dünyasında öz xoşuna sinov getdiyi
Naxçıvan barəsində belə dekret verməzdi.
AMEA-nın müxbir üzvü professor Qaraş Mədətovun yazdığına görə 1921-ci
ilin əvvəllərində Naxçıvanda sorğu keçirildi. Əhalinin 90 faizdən çoxu «mütəşəkkil
rəyini bildirdi». Naxçıvanın Azərbaycan tərkibində qalmasına səs verdi.
16 mart 1921-ci ildə Moskvada Rusiya və Türkiyə arasında müqavilə
imzalandı. Bu vaxt üçün artıq Naxçıvanın Azərbaycan tərkibində qalması məsələsi
Ermənistanın deyilən dekreti nəzər alınmaqla Naxçıvanda keçirilən sorğuda həll
olunmuşdu. 16 martda imzalanan beynəlxalq müqavilə Naxçıvanın ərazi statusunu
təsdiq etdi və Naxçıvana Azərbaycan protektoratı altında muxtariyyat verilməsini
müəyyənləşdirdi. Naxçıvanın bu statusu digər bir beynəlxalq müqavilədə də –
Rusiyanın iştirakı ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın 1921-ci ilin
oktyabrında imzaladıqları Qars müqaviləsində təsdiqləndi.
Beləliklə, Naxçıvanın Azərbaycan tərkibində qalması məsələsi qəti həll
olundu. Bu, Ermənistanın Naxçıvana yiyələnmək cəhdlərinin, habelə Moskvanın
müəyyən rəhbər dairələrinin və Orconikidzenin Naxçıvanı Ermənistana vermək
uğrunda uzun müddət ərzində apardıqları mübarizənin boşa çıxması demək idi.
Moskvada fəaliyyət göstərən Erməni icmaları konfederasiyasının icraçı katibi
Karen Mikaelyan Moskva müqaviləsi barədə yazır:
«Bolşevik- kamalçılar (Türkiyə – T.K.) alyansı faciəli nəticələr vermişdir.
Alyans Rusiyanın taleyinə (gör-a!: Rusiyanın taleyinə! – T.K.), regionun
xalqlarının taleyinə və həm də bütün dünyanın taleyinə (gör-a!: bütün dünyanın
taleyinə! – T.K.) təsir» etmişdir.
Bu fitnəkar və nadan fəryad «bəlkə də qaytardılar» ümidilə Rusiya
Jirinovskilərini və digər ölkələrin Jirinovski kimilərini Türkiyənin və
Azərbaycanın üstünə salışdırmaq cəhdidir.
Ancaq … karvan çoxdan, lap çoxdan keçib!