Tofiq Köçərli - 120 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Mikaelyana görə, 1921-ci ildə «Qarabağ və Naxçıvan, türk millətçilərinin
yaratdıqları və bolşeviklərin möhkəmlətdiyi ikinci türk dövlətinə – Azərbaycana
verilmişdir. Ənənəvi rus milli diplomatiyasının təmsilçiləri Çiçerin və başqalarının
müqavimətinə baxmayaraq, Stalin, Nərimanov, pantürkistlər və ifrat inqilabçıların
kobud təzyiqi ilə 16 mart 1921 –ci il RSFSR-Türkiyə müqaviləsi rus silahının və
diplomatiyasının çoxəsrlik nailiyyətlərini heçə endirmişdir».
Zori Balayana görə isə RSFSR-Türkiyə müqaviləsi «tarixi erməni vilayətini –
Naxçıvan vilayətini Ermənistandan qoparıb Azərbaycan SSR-yə vermişdir» və
həmin müqavilə ilə guya «nəinki Türkiyə, həm də Rusiya Naxçıvana protekarat
almışdır».
Müqavilənin Naxçıvana dair maddəsinin tam mətni belədir: «Müqavilə
bağlayan tərəflər razıdırlar ki, Naxçıvan vilayəti, bu müqavilənin I (c) əlavəsində
göstərilən sərhədlərdə Azərbaycanın protekratı altında muxtar ərazidir, bir şərtlə ki,
Azərbaycan bu protektoratı üçüncü dövlətə güzəştə getməyəcəkdir».
O zaman Türkiyə Xarici Đşlər Naziri Yusif Kamal Türkiyənin Böyük Millət
Məclisində Moskva müqaviləsinin Naxçıvan barəsində bu maddəsini belə şərh
etmişdi: «Naxçıvan Azərbaycanın protektoratı altındadır. Bu şərtlə ki, Naxçıvan
Azərbaycan hakimiyyətinin səlahiyyətində olmalıdır. Ermənistanın xeyrinə hansısa
dəyişiklik edilərsə, biz buna qarşı çıxmaq hüququmuzu saxlayırıq».
Göründüyü kimi, müqavilə ilə Naxçıvan üzərində protektorat nə Türkiyəyə,
nə də Rusiyaya deyil, məhz Azərbaycana verilmişdir. Bu danılmaz həqiqət əvəzinə
Balayan deyir ki, «Naxçıvan üzərində protektoratı nəinki Türkiyə, həm də Rusiya
aldı».
Deməli, 16 mart müqaviləsilə Naxçıvan üzərində protektoratın Türkiyəyə və
Rusiyaya verilməsi haqqında Balayanın iddiası tamamilə cəfəngiyyatdır,
uydurmadır, saxtakarlıqdır. Balayan həm də yalan üzərində yalan uyduraraq həya
etmədən yazır ki, o zamandan Rusiya Naxçıvan üzərində heç bir protektorat həyata
keçirməmişdir və «Moskavnın portektoratı haqqında artıq hamı, o cümlədən
Rusiyanın özündə də unutmuşlar».