Naxçıvan: uydurmalar və tarixi həqiqətlər VI Erməni xadimlərinin Naxçıvana iddialarında digər «tutarlı dəlil» Naxçıvan
əhalisinin milli tərkibinə aiddir. R. Yengibaryana görə, guya ermənilər Naxçıvan
əhalisinin 80 faizni təşkil etmişlər. Balayan iddia edir ki, guya sovet dövründə
Naxçıvandan 150 min erməni həmişəlik öz yurdlarından didərgin düşüb.
Mikaelyan yazır k, «Naxçıvan əhalisinin 55 faizni təşkil edən ermənilər Sovet
Azərbaycanının «ardıcıl olaraq yeritdiyi aparteid siyasəti», Azərbaycanda
«ermənilərin və qeyri azərbaycanlıların ağ genosidi… nəticəsində» «tamamilə
sıxışdırılıb çıxarılmışdır».
Biri digərini rədd edən bu iddiaların hamısı ağ yalandır, uydurmadır.
Öncə deyək ki, azərbaycanlılar qədim zamanlardan Naxçıvanın titul etnosu
idi. Hakimiyyət də, təbii, həmişə azərbaycanlıların əlində olmuşdur. 1828-ci il
Türkmənçay müqaviləsinə qədər Naxçıvanda ermənilər də yaşamışdılar. Lakin
onların sayı olduqca az idi.
Elə bir XIX əsr rus müəllifi tapmazsan ki, Qriboyedovun «müsəlman ölkəsi»
adlandırdığı Naxçıvanı «erməni Naxçıvanı» hesab etmiş olsun.
O zamankı Naxçıvan əhalisinin etnik tərkibi haqqında ilk məlumatı
Qriboyedov vermişdir. Onun 1828-ci il sentyabrın 23-də komandan Paskeviçə
yazdığı məktubda göstərilir ki, Naxçıvan əyalətində 2428 ailə, o cümlədən 2024
müsəlman ailəsi və 404 yerli erməni ailəsi yaşayır.
Qriboyedovun məlumatı Ordubad mahalını əhatə etmir. Ona görə natamam
məlumat hesab olunmalıdır. Qriqoryevin «Naxçıvan əyalətinin statistik təsviri»
(1833) əsəri daha tutarlı mənbədir. Kameral sayım materiallarına əsaslanan həmin
mənbədə əyalətdə 4959 ailənin olması göstərilir. 4149 müsəlman ailəsi və 810
erməni ailəsi. Deməli. Kameral sayıma görə, ermənilər Naxçıvan əhalisinin yalnız
altıda birini təşkil etmişlər.
Şopenin məlumatı daha əhatəlidir. Şopenə görə, Rusiya işğalı ərəfəsində
Naxçıvanla Ordubadda 5538 müsəlman ailəsi və 930 erməni ailəsi (mənbədə –