Tofiq Köçərli - 136 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər çox əziyyət çəkirlər. Əyalətin sakinləri kasıbdır. «Başqa yerdə görüşdüyüm
ermənilərə nisbətən bura gəlmə ermənilərə yaxşıdır. Lakin tatarların şüurunda
həyəcan və narazılıq son həddə çatır. Ola bilər ki, onlar ümidsizlikdən sədərəklilər
kimi təsərrüfat və əmlaklarını qoyub Đrana getsinlər».
Naxçıvanda yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq Qriboyedov
Paskeviçdən xahiş etdi ki, Naxçıvanda yerləşdirilmiş ermənilərdən 500 ailə ən tez
bir vaxtda başqa yerə köçürülsün. «Bununla Naxçıvan vilayətinə əsl iltifat
göstərmiş olarsınız».
Əksinə oldu. Naxçıvana daha çox erməni məskunlaşdırıldı. Qriboyedov
məktubunu yazanda Naxçıvana 1228 erməni ailəsi köçürülmüşdüsə, iki ildən sonra
onların sayı 2395-ə çatdırıldı.
Naxçıvan əyaləti Naxçıvan mahalının 1831-ci il kameral sayım materialı çap
olunmuşdur. Həmin sənəd bütün Naxçıvan əyalətini əhatə etməsə də, əhalinin
məskunlaşması və tərkibi haqqında müəyyən fikirlər söyləməyə imkan verir:
1. Naxçıvan mahalının kameral sayım keçirilən 59 kəndinin mütləq
əksəriyyətində azərbaycanlılar yaşayıb (mənbədə azərbaycanlılar «tatarlar » və
«kəngərlilər» etnik toplumlarına bölünüb );
Əhalisinin sayına görə mahalın ən böyük kəndi Nehrəm kəndi olub. Orada
202 azərbaycanlı ailəsi (887 nəfər) yaşayıb. Kəndin 940 xarvar suvarılan torpaq
sahəsi, 2150 mal-qarası (1300-ü qoyun və keçi), 3 dəyirmanı olub. Kənddə 3
məscid və Seyid Əzim sərdabəsi fəaliyyət göstərib.
Mahalda 4074 nəfər azərbaycanlı yaşayıb.
2. 59 kəndin yalnız ikisi yerli ermənilərin (mənbədə: bəzən «mestnıe
armyane», bəzən də «korennıe armyane»), əgər belə demək mümkündürsə, təmiz
erməni kəndi olub – Karmir-vank (yerli və Səlmasdan köçürülən ermənilər – 93
nəfər) və Nurs (yerli və Səlmasla Xoydan köçürülən ermənilər – 149 nəfər);
3. Üç kənddə yerli ermənilər azərbaycanlılarla birgə yaşayıb. Təzəkənd (112
azərbaycanlı və 713 erməni (yerli və Səlmas erməniləri), Yarımca (63 azərbaycanlı