Tofiq Köçərli - 134 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər dəhşətli məlumat da var: Məlik Bağır «55 nəfər erməni yüzbaşını aldadaraq evinə
dəvət edib və onların başını kəsərək Şaha (Đran şahına – T.K.) göndərib».
Yaxud, I Pyotrun Xəzəryanı vilayətlərə basqını zamanı Qarabağ-Gəncə
bəylərbəyinə tamamilə etinasızlıq göstərən məliklər Gəncə ilə əlaqələrini bərpa
etməyə çalışdılar. Onlar bildirdilər ki, «əgər bundan sonra onlar Gəncə əhalisi və
mülkədarları, digər şiələr əleyhinə bunt qaldırsalar və itaətsizlik göstərsələr,
düşmənçilik etsələr… onların adamları, daşınar və daşınmaz əmlakı ilə hökmdarlar
istədikləri kimi rəftar edə bilərlər».
I Pyotrun varisləri onun erməniləri himayə etmək və əzizləmək siyasətini
davam etdirdilər. Đkinci Rus-Đran müharibəsinin (1826-1828) qalibi Rusiya dərhal
Đran ermənilərini təzəcə işğal etdiyi Azərbaycan ərazisinə köçürməyə başladı. Bu
barədə Tükrmənçay müqaviləsinə xüsusi maddə daxil edildi: «Şah həzrətləri …
Azərbaycan adlanan vilayətin (Cənubi Azərbaycanın – T.K.) bütün əhalisinə və
məmurlarına büsbütün və tam bağışlanma əfv edir. Hansı dərəcəyə məxsus
olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə
ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman
davranışına görə təhqirə məruz qalmamalıdır. Bundan başqa, o məmur və
sakinlərə bu gündən başlayaraq öz ailəsilə birlikdə Đran vilayətindən Rusiyaya
sərbəst köçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların
satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan
daşınar mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir».
Bu maddə bilavasitə Đran erməniləri haqqında idi.
Rus ordusu «Azərbaycan vilayətinin paytaxtı» Təbriz şəhərini (S.Qlinka) işğal
edən kimi komandan Paskeviçin Peterburqdan çağırıb Təbrizin komendatı təyin
etdiyi polkovnik erməni Lazarev general Paskeviçin tapşırığı ilə erməniləri Rusiya
hüdudlarına köçməyə sövq etdi. Lakin Paskeviçin yazdığına görə «sərt soyuq və
ola bilsin ki, bütün Azərbaycanın həmişəlik bizim əlimizdə qalacağına ümidlər »
erməniləri köçməyə başlamağa qoymurdu. Məlum oldu ki, Türkmənçay
müqaviləsinə əsasən rus ordusu Cənubi Azərbaycanı tərk etməlidir. Ona görə